Rusiyalı MMA döyüşçüsü, UFC-nin yarımorta çəkidə çempionu İslam Mahaçev Merab Dvalişvili ilə Nurməhəmmədov qardaşları arasında baş verən insidentə yenidən münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Mahaçev rusiyalı jurnalistlərlə söhbətində Umar və Usman Nurməhəmmədovun davranışını müdafiə edib.
"Bizim uşaqların yanlış bir şey etdiyini düşünmürəm. İnsan dediyi sözlərə görə cavab verməlidir", - deyə Mahaçev bildirib.
Döyüşçü hadisənin həddindən artıq şişirdildiyini söyləyib. Onun iddiasına görə, Dvalişvili Gürcüstanda bir şəxsin anasını təhqir edib. Mahaçev həmin şəxsin anasının vəfat etdiyini bildiyini deyərək bunu özü üçün müqəddəs məsələ adlandırıb.
UFC çempionu şərəfin təhqir olunduğu halda qarşıdurmanın təkbətək və ya iki nəfərin bir nəfərə qarşı olması arasında fərq görmədiyini də söyləyib.
Nəşrin yazdığına görə, Dvalişvili və dostu Əbu-Dabidəki otellərdən birində Nurməhəmmədov qardaşları və daha altı nəfərin iştirak etdiyi hücuma məruz qalıblar. Mahaçevin bu hadisəni müdafiə edən açıqlamaları sosial şəbəkələrdə tənqidlə qarşılanıb.