NTD basketbol klubu baş məşqçisi Tahir Baxşıyevlə müqavilənin müddətini uzadıb.
İdman.Biz-in xəbərinə görə, bu barədə AZƏRTAC-a mütəxəssis özü məlumat verib.
Azərbaycan yığmasına da rəhbərlik edən məşqçi növbəti mövsümdə də Bakı təmsilçisini çalışdıracaq.
Qeyd edək ki, Tahir Baxşıyev 2012-ci ildən NTD klubunun baş məşqçisidir.