top
Ever Banega peşəkar futbolu tərk etdi Idman.biz
Bu gün, 21:56
- ↺ +

Ever Banega peşəkar futbolu tərk etdi

Argentina millisinin və "Sevilya"nın sabiq yarımmüdafiəçisi Ever Banega peşəkar futbolçu karyerasını başa vurub.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu bu qərarını Serxio Aqueronun təşkil etdiyi "Copa Potrero" turnirində iştirakından sonra açıqlayıb.

Banega əvvəlcə karyerasını bitirmək ehtimalını 80 faiz qiymətləndirdiyini, lakin sonradan qəti qərar verdiyini bildirib:

"Karyeramı başa vurduğum 100 faiz dəqiqdir. Əvvəl 80 faiz əmin olduğumu demişdim, amma bu gün oynayarkən anladım ki, artıq bəsdir. Başqa işlərlə məşğul olmaq lazımdır".

Argentinalı futbolçu hətta Lionel Messinin mümkün təklifinin də qərarını dəyişməyəcəyini vurğulayıb:

"Messi məni "İnter Mayami"yə dəvət etsə belə, ona yox deyərdim. Qərarım artıq verilib".

Banega gələcəkdə futboldan tamamilə uzaqlaşmaq istəmədiyini, lakin məşqçi və ya agent kimi fəaliyyət göstərməyi planlaşdırmadığını da açıqlayıb.

Təcrübəli yarımmüdafiəçi son rəsmi matçını mayın 4-də "Defensa y Justicia"nın heyətində keçirib. O, karyerası ərzində "Boka Xuniors", "Valensiya", "Atletiko", "Sevilya", "İnter", "Əl-Şəbab" və "Nyuelz Old Boyz" klublarında da çıxış edib.

Banega "Sevilya" ilə üç dəfə Avropa Liqasının, "Boka Xuniors"la isə Libertadores Kubokunun qalibi olub. O, həmçinin Argentina millisinin heyətində 2008-ci il Pekin Olimpiadasının qızıl medalını qazanıb və əsas yığmada 65 oyun keçirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:07

Bakı Olimpiya Stadionunda Sabah vs Barselona matçı üçün 74 ölkədən bilet alındı

Futbol
Bu gün, 21:56

Aston Villa zədəli futbolçu Amadu Onana ilə müqaviləni uzatdı

Futbol
Bu gün, 21:44

DİN İdman Cəmiyyəti Lerik Əviləni 3:2 hesabı ilə məğlub etdi – Minifutbol çempionatının 3-cü turu davam edir

Futbol
Bu gün, 21:29

Yamal Bakıda Holandın rekordunu qırmağa hazırdır

Digər
Bu gün, 21:19

Azərbaycanın taekvondo üzrə təmsilçiləri Grüm Pray Final turnirinə İordaniyada hazırlaşır

Qarabağ FK
Bu gün, 21:11

Gəncənin icra başçısı “Kəpəz” futbolçularını “Qarabağ”la qarşılaşma öncəsi ruhlandırdı - FOTO

Futbol
Bu gün, 21:02

AFFA B kateqoriyalı məşqçilərə danışılmış oyunlara qarşı xəbərdarlıq edərək təlimlərə başladı

Futbol
Bu gün, 20:57

Romelu Lukaku Fenerbahçeden ayrılabilir, MLS takımları ilgileniyor

Futbol
Bu gün, 20:51

Emin Salmanov Xankəndi stadionuna 38 ildən sonra qayıtdı: “Bu şəhərin hər qarışı mənə doğmadır”

Futbol
Bu gün, 20:34

“Real Madrid” Bellinqemlə 2031-ci ilə qədər müqavilə yeniləmək niyyətində: Maaşı 20-25 milyon avroya qalxa bilər

Futbol
Bu gün, 20:27

Yuventus futbolçusu Edon Zerqova Beşiktaş'a transfer ola bilər

Futbol
Bu gün, 20:19

Barselona 10 milyon avroluq Cey-Cey Qabriel transferindən imtina etdi, Real Madrid məsələni nəzərdən keçirir

Qarabağ FK
Bu gün, 20:08

Samir Ələkbərov 40 ildən sonra Xankəndiya qayıdıb: “Məşqçi kimi burada uşaq futboluna töhfə verə Bilərəm”

Qarabağ FK
Bu gün, 20:04

“Qarabağın keçmiş futbolçusu Munis Abdullayev Xankəndi stadionunda gənclik illərini yad etdi” - VİDEO

Cüdo
Bu gün, 19:58

Azərbaycanın cüdoçuları Daşkənddə bronz ulduzu üçün yarışacaq

Futbol
Bu gün, 19:51

Mançester Siti üzərindəki maliyyə ittihamları

Futbol
Bu gün, 19:50

Röyal Nəcəfov: Xankəndinin Karvan-Yevlaxa 0:2 hesabına məğlub olmasından sonra fikirləri

Futbol
Bu gün, 19:28

AFFA İntizam Komitəsi II Liqa klublarına cərimələr kəsb edib

Futbol
Bu gün, 19:21

Ramiz Məmmədov: “Prezidentimizə və ordumuza eşq olsun, Premyer Liqaya yüksəlmək üçün əlimizdən gələni edirik”

Futbol
Bu gün, 19:16

Xayme Jardi Niko Pasın istedadından təəccüblənməsini açıqladı

Qarabağ FK
Bu gün, 19:03

“Kəpəz” – “Qarabağ” matçının bileti azalıb: yalnız 500 ədəd qalıb, satış sürətlə davam edir

Digər
Bu gün, 19:01

Fuad Həsənov Rusiyada ŞKO Açıq Kubokunda bürünc medal qazandı

Futbol
Bu gün, 18:48

Yenidənqurulan Xankəndi şəhər stadionunda Karvan‑Yevlax 2‑0 qalib gəldi

Oxşar xəbərlər