Azərbaycanın taekvondo üzrə milli komandasının üzvləri Qaşim Maqomedov və Fuad Məhərləmli İordaniyada təlim-məşq toplanışı keçirlər.
İdman.Biz xəbər verir ki, idmançılar böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında hazırlıqlarını davam etdirirlər.
Toplanış noyabrın 28-29-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Grand Prix Final" turnirinə hazırlıq məqsədi daşıyır.
İordaniyadakı məşqlərə noyabrın 21-də yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycanı "Grand Prix Final" turnirində Qaşim Maqomedov təmsil edəcək. Taekvondoçumuz 58 kq çəki dərəcəsində mübarizə aparacaq.