"Sumqayıt" basketbol komandası heyətinə iki legioner oyunçu cəlb edib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ABŞ-li basketbolçular - Teyvion Kirk və Cakori Arçinin keçidini rəsmiləşdirib.
Həmin oyunçularla bir illik müqavilə imzalanıb.
Teyvion Kirk və Cakori Arçi Azərbaycan basketboluna tanış simalardır. Onlar vaxtilə "Xırdalan"da (indiki "LANDAU Lions") çıxış ediblər.
Qeyd edək ki, Kirk 2024-cü ilin aprelində "Neftçi" ilə 114:109 hesabı ilə başa çatan görüşdə 45 xal toplayıb və 10 məhsuldar ötürmə edib. Arçi də komandanın əsas liderlərindən olub. O, "Sərhədçi" ilə matçda 35 xal toplayıb, müntəzəm çempionatın son turunda isə 25 xal və 18 ribaundla "dabl-dabl" edib.