«Sabah» basketbol komandasının FIBA Çempionlar Liqasında qrupdan çıxmaq şansı öz əlindədir.
Bu barədə «Report»-a Azərbaycan təmsilçisinin oyunçusu Mindauqas Suşinskas açıqlama verib.
31 yaşlı basketbolçu komandasına inandığını bildirib:
«Hazırda hər şey öz əlimizdədir. Növbəti mərhələyə yüksəlmək şansımız qarşıdakı oyunlarda göstərəcəyimiz performansdan asılıdır. İnanıram ki, uğurlu çıxışı davam etdirərək yeni qələbələr qazana bilərik».
Litvalı oyunçu I qrupunun III turunda ötən gün Milli Gimnastika Arenasında Fransanın "Nanter 92" kollektivini məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb: