top
Sabahı məğlub edən Trabzonspor FIBA Çempionlar Liqasında qrup liderliyini hədəfləyir Idman.biz
Bu gün, 15:20
- ↺ +

Sabahı məğlub edən Trabzonspor FIBA Çempionlar Liqasında qrup liderliyini hədəfləyir

FIBA Çempionlar Liqasında Azərbaycanın "Sabah" klubunu məğlub edən Türkiyənin "Trabzonspor" komandası qrup mərhələsini birinci pillədə başa vurmağı qarşısına məqsəd qoyub.

Idman.Biz "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Səlçuk Ernak mövsümə uğurlu başlanğıcı dəyərləndirərkən bildirib.

"Trabzonspor" Türkiyə çempionatında və Çempionlar Liqasında keçirdiyi altı oyunun beşində qələbə qazanıb. Komanda ölkə çempionatında dörd qarşılaşmanın üçündə qalib gəlib, yalnız "Beşiktaş"a 81:90 hesabı ilə uduzub.

Beynəlxalq Basketbol Assosiasiyaları Federasiyasının(FIBA) Çempionlar Liqasında debüt mövsümünü keçirən Trabzon təmsilçisi turnirə iki ev qələbəsi ilə başlayıb. Əvvəlcə Fransanın "Nanter" klubunu 93:83 hesabı ilə məğlub edən komanda daha sonra Azərbaycanın "Sabah"ına 100:83 hesabı ilə qalib gəlib.

Ernakın sözlərinə görə, komanda oyununu inkişaf etdirməyə davam edir. Bununla belə, zədəli Şakil Harrisonun yoxluğu məşqçilər korpusu üçün ciddi itkidir.

Mütəxəssis bildirib ki, qrup mərhələsini lider başa vurmaq üçün Litvada ötən mövsümün çempionu "Ritas"la keçiriləcək səfər qarşılaşmasından müsbət nəticə ilə qayıtmaq vacibdir.

"Trabzonspor"u qarşıda sıx oyun qrafiki gözləyir. Komanda oktyabrın 24-də Türkiyə çempionatında "Esenler Erokspor"la, oktyabrın 28-də Çempionlar Liqasında "Ritas"la, oktyabrın 31-də isə yenidən ölkə çempionatında "Körfez Basket"lə qarşılaşacaq.

Ernak hər üç oyunda qələbə qazanmağa ümid etdiyini bildirib.

Komandanın kapitanı Tolqa Geçim də mövsümə uğurlu başladıqlarını vurğulayıb. Onun sözlərinə görə, "Trabzonspor" Türkiyə çempionatını ilk beşlikdə bitirmək və Çempionlar Liqasında mümkün qədər yüksək nəticə əldə etmək istəyir.

Amerikalı oyun qurucusu Markus Kin isə zədəli basketbolçuların sıraya qayıtmasından sonra komandanın daha da güclənəcəyini düşünür.

Qeyd edək ki, "Sabah" və "Trabzonspor" FIBA Çempionlar Liqasının A qrupunda "Ritas" və "Nanter"lə birlikdə mübarizə aparırlar. Azərbaycan və Türkiyə klubları arasında cavab görüşü noyabrın 10-da Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 16:47

Ordu, NTD-ni məğlub edərək Azərbaycan Basketbol Liqası IV turunda qalib gəldi;

Futbol
Bu gün, 16:29

Fransalı klub Qalatasaraylı qapıçıya maraq göstərir

Futbol
Bu gün, 16:28

FIFA, Bakı U-15 Dünya Çempionatı oyunlarını FIFA+ vasitəsilə pulsuz izləmək imkanı təqdim edib

Formula 1
Bu gün, 16:08

Maks Ferstappen: ABŞ Qran-prisinin yarış avtomobili üçün balans yaratmaq çətindir

Qarabağ FK
Bu gün, 16:00

Arif Əsədov: Sabah – Qarabağ matçı çətin olacaq, amma Sabahın üstünlüyü ola bilər

Cüdo
Bu gün, 15:59

Azərbaycanın dörd cüdoçusu Düşənbədə medal üçün final blokunda mübarizə aparacaq

Futbol
Bu gün, 15:48

Bundesliqa 7-ci turun mərkəzi oyunları: "Borussiya" (Dortmund) "Ayntraxt"ı, "Frayburq" isə "Bavariya"nı qəbul edəcək

Futbol
Bu gün, 15:46

Bavariya komandasının baş məşqçisi Vensan Kompani xəstəxanada bir neçə gün qalacaq;

Futbol
Bu gün, 15:30

"Napoli" qış transfer pəncərəsində yeni mərkəz müdafiəçisi və hücumçu edəcək

Qarabağ FK
Bu gün, 15:28

Almaniyada yaşayan azərbaycanlı futbolçu Nihat İsgəndərov: “Milli komandaya qayıtmaq şərəf olar”

Futbol
Bu gün, 15:08

Chelsea və Manchester United Sportinqin vingeri Flavio Qonsalveyi tutmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:06

Antonela Rokusuo azyaşlı Messi fanatına kömək etdi

Şahmat
Bu gün, 14:56

Azərbaycan şahmatçıları Monteneqroda keçirilən klublararası Avropa Kubokunda medallar qazanıb

Futbol
Bu gün, 14:48

Barselona – Real Madrid: Muskimin el-Klasiko dəyirmi niyyətilə - Mourinyo ilk dəfə "Kamp Nou"ya qayıdır

Futbol
Bu gün, 14:30

Tottenham baş məşqçisi Roberto De Zerbi Harry Kane-i Ballon d'Or namizədi hesab edir

Futbol
Bu gün, 14:28

Beşiktaş futbolçu Kartal Yılmazın matçdan əvvəl Counter-Strike oynadığı iddiası

Futbol
Bu gün, 14:08

Real akademiyasında 150-dən çox qol vurduğu Enso Alveş

Futbol
Bu gün, 14:00

Şimalın Qələbəsi: Tural Cəlilov Baku Sportinqlə Mükəmməl Şərh Yapar

Futbol
Bu gün, 13:48

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı sensasiya ilə başladı: Argentina Əlcəzairə məğlub oldu

Futbol
Bu gün, 13:30

Arsenalın ulduz hücumçısı Bukayo Saka 6 həftə sahədən uzaq qalacaq

Futbol
Bu gün, 13:20

Bavariya klubunun baş məşqçisi Vensan Kompani məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib

Futbol
Bu gün, 13:00

1 milyon manatlıq büdcəsinə baxmayaraq "Səbail" 6 turdan sonra 4-cü yerdədir və nəzərdə tutulan nəticələri verə bilmir

Digər
Bu gün, 12:48

UFC 333 Əbu-Dabi: İki titul döyüşü və Azərbaycanlı döyüşçü Asəf Çopurovun debütü

Oxşar xəbərlər