top
Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət Idman.biz
Bu gün, 11:14
- ↺ +

Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət

ABŞ-li basketbolçu Maykl Ertel komandasının bu gün FIBA Çempionlar Liqası çərçivəsində Fransanın "Nanter 92" klubuna qarşı keçirəcəyi ev oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Maykl Ertel İdman.Biz-ə açıqlamasında rəqibin güclü tərəflərindən danışıb.

"Rəqib güclü komandadır və hazırda yaxşı formadadır. Heyətində bizə problem yaradacaq dinamik oyunçular var. Bundan əlavə, "Nanter" müdafiədə çox inamlı təsir bağışlayır", - basketbolçu deyib.

Ertelin sözlərinə görə, "Sabah" hələlik özünün həqiqi potensialına uyğun basketbol nümayiş etdirmir. Bununla belə, o, komandanın turnirin növbəti mərhələsinə yüksəlmək uğrunda mübarizə apara biləcəyinə inanır.

"Biz hələ ən yaxşı oyunumuzu göstərmirik. Bu komandaya inanıram və daha yaxşı oynamağa qadir olduğumuzu bilirəm. Bu gün bunu sübut etmək üçün əla fürsətimiz olacaq. Əlbəttə, növbəti mərhələyə yüksələ biləcəyimizə inanırıq. Bunun öhdəsindən gələ bilərik. Çətin qrupa düşmüşük, amma bir neçə qələbə növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparmağımıza imkan verəcək. Bu baxımdan bugünkü matç böyük əhəmiyyət daşıyır", - ABŞ-li basketbolçu bildirib.

Çempionlar Liqasının vacib oyununa hazırlıq "Sabah"ın ölkə çempionatında ilk məğlubiyyətini aldığı dövrə təsadüf edib. Bir neçə gün əvvəl Bakı klubu "Naxçıvan"a 83:88 hesabı ilə uduzub. Ertel həmin qarşılaşma barədə də fikirlərini bölüşüb.

"Rəqibin haqqını vermək lazımdır - onlar möhtəşəm oyun keçirdilər. Bu, bir daha sübut edir ki, hər matça hazır olmalı və lazımi düzəlişlər etməliyik. Müdafiədə ciddi çətinliklərlə üzləşdik, hücumda isə təşkilatlanma çatışmırdı", - basketbolçu fikrini yekunlaşdırıb.

Qeyd edək ki, "Sabah" - "Nanter 92" matçı bu gün Milli Gimnastika Arenasında keçiriləcək və saat 20:00-da başlayacaq. Bu, Bakı klubunun FIBA Çempionlar Liqasının cari mövsümündə üçüncü oyunu olacaq. "Bayquşlar" daha əvvəl Litvanın "Ritas" klubuna (73:82) və Türkiyənin "Trabzonspor" komandasına (83:100) məğlub olublar.

Üçüncü tur öncəsi A qrupuna dörd xalla "Trabzonspor" başçılıq edir. "Nanter 92" və "Ritas"ın hərəyə üç xalı var. "Sabah" isə iki xalla sonuncu pillədə qərarlaşıb.

Qrupun qalibi birbaşa 1/8 finala yüksələcək. İkinci və üçüncü yerləri tutan komandalar pley-in mərhələsində mübarizəni davam etdirəcəklər. Qrupu dördüncü pillədə başa vuran klub isə turnirdəki çıxışını dayandıracaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Basketbol
Bu gün, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Oxşar xəbərlər