"Sabah" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi ABŞ-li basketbolçu Nik Perkinslə 2 illik müqavilə imzalayıb.
203 sm boya malik 31 yaşlı basketbolçu "power forward" və "center" mövqelərində çıxış edir.
Nik Perkins karyerası ərzində Yaponiya, İtaliya, Cənubi Koreya, Puerto Riko və Tayvan çempionatlarında forma geyinib.
O, İtaliyanın "Happy Casa Brindisi" klubunun heyətində FIBA Çempionlar Liqası və FIBA Europe Cup turnirlərində də iştirak edib.
Qeyd edək ki, Perkins fiziki gücü, səbətaltı mübarizəsi və hücum potensialı ilə seçilir.