top
Sabah 213 santimetrlik amerikalı basketbolçu ilə müqavilə imzalayıb Idman.biz
14 avqust 2026, 13:04
- ↺ +

"Sabah" 213 santimetrlik amerikalı basketbolçu ilə müqavilə imzalayıb

"Sabah" basketbol klubu yeni mövsüm öncəsi heyətini amerikalı mərkəz oyunçusu Kuinsi Ballardla gücləndirib.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi 213 sm boya malik basketbolçu ilə üç illik müqavilə imzalayıb.

ABŞ-ın Nyu-York ştatının Sirakuz şəhərində anadan olan Ballard basketbol karyerasına "Henninger High School"da başlayıb. Daha sonra Şimali Karolinada yerləşən "Quality Education Academy"də çıxış edən mərkəz oyunçusu son mövsümündə hər qarşılaşmaya orta hesabla 14 xal, 11 ribaund və altı blokla yadda qalıb.

Ballard 2020-ci ildə NCAA karyerasına "Florida State Seminoles" komandasında başlayıb. O, burada keçirdiyi iki mövsümdə 36 oyunda meydana çıxıb. İlk mövsümündə "Florida State" NCAA turnirində "Sweet 16" mərhələsinə qədər irəliləyib.

Amerikalı basketbolçu 2022-ci ildə "Wichita State Shockers"a keçib. Onun fərdi göstəricilərində əsas yüksəliş də məhz bu komandada qeydə alınıb. Ballard 2023/2024 mövsümündə orta hesabla 7,4 xal, altı ribaund və 2,2 blok toplayıb.

2024/2025 mövsümündə isə mərkəz oyunçusu NCAA karyerasının ən məhsuldar dövrlərindən birini keçirib. O, hər oyuna orta hesabla 10 xal, 9,2 ribaund və 1,9 blokla oynayıb, oyundan atışlarda isə 75,1 faiz dəqiqlik göstərib.

Ballard həmin mövsüm "American Athletic Conference"də blok göstəricisinə görə lider, ribaundlarda isə ikinci olub. Onun 75,1 faizlik atış dəqiqliyi "Wichita State" tarixində bir mövsüm üzrə ən yüksək göstərici kimi rekorda düşüb.

Kuinsi Ballard 2025/2026 mövsümünü "Mississippi State Bulldogs"un heyətində keçirib və NCAA-nın ən güclü konfranslarından biri hesab olunan SEC-də çıxış edib. O, mövsüm ərzində komandanın bütün 32 oyununda meydana çıxıb, 28 qarşılaşmaya start beşliyində başlayıb.

Amerikalı basketbolçu həmin mövsümü orta hesabla 6,5 xal, 6 ribaund və 1,1 blok göstəricisi ilə başa vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:07

Fyodor Yemelyanenko UFC ilə müqavilə bağlamadığı sirri və Dana Uayt haqqında açıqlama verdi

Futbol
Bu gün, 14:00

Şəki klubuna yeni baş məşqçi təyin edildi: Şəhriyar Məmmədova

Boks
Bu gün, 13:48

Azərbaycan boksçuları 2026 Avropa çempionatlarında 25 medal qazanıb;

Futbol
Bu gün, 13:40

Çin Xarici İşlər Nazirliyi Kilian Mbappenin Bəyanatına Reaksiya Verdi

Qarabağ FK
Bu gün, 13:33

“Neftçi”nin baş icraçı direktoru: “Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik”

Qarabağ FK
Bu gün, 13:25

Maksim Medvedev: Uşaqlara telefon deyil, dəstək verilməlidir

Futbol
Bu gün, 13:20

Mançester Yunayted rəhbərliyi Maykl Kerrikə son şans verib, əvəzləyici hələ seçilmir

Futbol
Bu gün, 13:10

Fleetwood Town, İngiltərə Liqa Kubokunda Arsenalı penaltirilədə məğlub edərək çeyyara yüksəldi

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” “Qarabağ”ın fransalı legioneri Jeremi Qnaliyə maraqlıdır

Güləş
Bu gün, 12:56

Azərbaycan yunan-Roma güləşi millisi dünya çempionatında 2 qızıl və 1 gümüş medal qazanaraq komanda reytinqində ikinci yeri tutdu

Futbol
Bu gün, 12:41

Rui Jorje Bakıda U-15 Dünya Futbol Çempionatı və Festivalını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:40

U-15 Milli Komanda Cənubi Amerikaya 3:1-ə məğlub Oldu

Futbol
Bu gün, 12:36

Messi, 20 illik namizədlik fasiləsi ilə Qızıl Top Rekordunu qırdı

Qarabağ FK
Bu gün, 12:21

Azərbaycanlı hücumçu Lorenzo Mezzotero Sampdoriya əsas komandasına çağırıldı - FOTO

Futbol
Bu gün, 12:20

Çelestini Bernli klubunun yeni baş məşqçisi olacaq

Futbol
Bu gün, 12:13

Zirə Kapitanı Qismət Alıyev: “Medallar üçün mübarizə davam edəcək”

Futbol
Bu gün, 12:00

PFL: Xankəndi və MOİK-in ev oyunlarının Xankəndi stadionunda keçirilməsi məsələsi əsaslı yoxlanılır

Futbol
Bu gün, 11:42

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Futbol
Bu gün, 11:41

Azərbaycan Kubokunda 28 oktyabr: "Kəpəz"dən yürüş, Qusar derbisi və Premyer Liqa takımları üçün sensasiya təhlükəsi

Futbol
Bu gün, 11:40

Chelsea Yasin Ayarini Qazanmaya Cəhd Etdi: Milan, Qalatasaray, Fənərbaxça da Maraqlanır

Futbol
Bu gün, 11:35

Bakıda U15 dünyalı ərsəyagoturan argentinalı gənc Qarfanyoli İtaliya mətbuatında təqdim edildi

Futbol
Bu gün, 11:33

Azər Bağırov: Arsen Vengerin iştirakı ilə keçirilən ustad dərsi məşqçilər üçün böyük dəyər daşıyır

Futbol
Bu gün, 11:26

İspaniya Superkuboku 2027 üçün İstanbul seçildi – Azərbaycan ev sahibliyi təklif etdi

Minifutbol
Bu gün, 11:20

UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" Polşada "Buba Mara"ya qarşı meydanda

Oxşar xəbərlər