top
“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı Idman.biz
Dünən, 22:24
- ↺ +

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

"Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis Azərbaycan Basketbol Liqasının ikinci turunda "Ordu" üzərində qazanılan 83:79 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis görüşün komanda üçün yenidən başlamaq fürsəti olduğunu bildirib:

"Bəli, düşünürəm ki, bu oyun bizim üçün bir fürsət idi. Son iki oyunda öz səviyyəmizdə çıxış edə bilmədik. Hamımız bilirik ki, hələ istədiyimiz səviyyədə deyilik. Həmin səviyyəyə çatmaq üçün bəlkə də bir ay, yaxud bir qədər artıq vaxt lazımdır. Hər gün məşqlərdə necə çalışdığımızı nəzərə alsaq, son iki oyundakı çıxışımız bizi qane etmirdi. Buna görə də bu qarşılaşma yenidən başlamaq baxımından çox yaxşı fürsət idi".

Vasiliadis iki əsas oyunçunun yoxluğunda digər basketbolçuların üzərlərinə düşən vəzifənin öhdəsindən gəldiklərini vurğulayıb:

"İki əsas oyunçumuz müəyyən problemlərə görə meydana çıxa bilmirdi. Onları digər oyunçular əvəz etməli, komanda üçün mübarizə aparmalı və öz töhfələrini verməli idilər. Bütün oyunçuların yaxşı çıxış etməsindən çox məmnunam. Xüsusilə, ehtiyatdan meydana daxil olan Cəbrayıl, Derin və Ulaşın çıxışını qeyd etmək istəyirəm. Onlar start heyətində yer almasalar da, komandaya böyük kömək etdilər və qələbəmizdə mühüm rol oynadılar".

Baş məşqçi yerli basketbolçuların çıxışından və komandada formalaşan ruhdan da razı qaldığını söyləyib:

"Komanda olaraq hər kəsə göstərdik ki, yaxşı və möhkəm kollektivə sahibik. Heyətimizdə əcnəbi oyunçularla eyni səviyyədə çıxış edə bilən çox yaxşı yerli basketbolçular var. Komandamızda yaxşı ruh formalaşıb və hər oyunda mübarizə aparmağa hazırıq.

Qələbəyə görə məmnunam, amma qarşıda bizi hələ çox iş gözləyir. Əvvəl də dediyim kimi, bu, uzun bir marafondur və bütün mövsüm ərzində bu mübarizəyə hazır olmalıyıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
09 oktyabr 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
09 oktyabr 2026, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
09 oktyabr 2026, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
09 oktyabr 2026, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Oxşar xəbərlər