Çinin Şanxay şəhərində keçirilən 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsinin həlledici oyunlarına start verilib. Sport24.az xəbər verir ki, Mövsümün final mərhələsində ölkəmizi təmsil edən "Neftçi SOCAR" 1/4 finalda Monqolustanın "Ulaanbaatar" klubunu 21:18 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Təmsilçimiz yarımfinalda Fransa millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:30-da baş tutacaq.