"Neftçi" bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununa çıxacaq. Sport24.az xəbər verir ki, paytaxt klubu müntəzəm mövsümün IV turunda Rumıniya təmsilçisi "Oradya"nı qonaq edir.
Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti, saat 17:00-da səslənəcək.
Qeyd edək ki, H qrupunda yer alan"Neftçi" əvvəlki üç görüşün hamısını məğlub başa vurub. "Ağ-qaralar" "Fribur Olimpik"ə (İsveçrə) 73:78, "Mikonos"a (Yunanıstan) 58:78 və VEF-ə (Latviya) 94:110 hesabı ilə yenilib.