"Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, "ağ-qaralar" təsnifat mərhələsinin cavab görüşündə Estoniyanın "Parnu" klubu ilə üz-üzə gələcək.
Səfərdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bakıda baş tutan ilk matçda "Neftçi" rəqibini 80:67 hesabı ilə məğlub edib.
Qeyd edək ki, cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.