top
Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi Idman.biz
Bu gün, 00:55
- ↺ +

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Basketbol üzrə Çempionlar Liqasında "Sabah"a məğlub olan Fransanın "Nanter 92" klubunun baş məşqçisi Jülyen Mae Bakıdakı qarşılaşmanın nəticəsinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, A qrupunun üçüncü turunda Azərbaycan təmsilçisinə 80:87 hesabı ilə uduzan komandanın çalışdırıcısı basketbolçularının meydanda göstərdiyi mübarizəni müsbət qiymətləndirib.

Maenin sözlərinə görə, yetirmələri oyunun son hissəsində vəziyyəti dəyişməyə çalışsalar da, rəqib üstünlüyünü qorumağı bacarıb.

"Görüş ərzində basketbolçularım əllərindən gələni etdilər. Sonuncu periodda nəticəni dəyişmək üçün daha fəal oynamağa çalışdıq. Hesab fərqinin böyüdüyü anlar da oldu. Bununla belə, komandamın çıxışından narazı deyiləm. "Sabah"ın da oyun təqvimi kifayət qədər ağırdır. Bakı təmsilçisi "Trabzonspor"la səfər qarşılaşmasından sonra meydana çıxmışdı. Bu turnirdə hər matç ciddi mübarizə şəraitində keçir. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Biz isə diqqətimizi qarşıdakı oyuna yönəltməliyik", - deyə mütəxəssis vurğulayıb.

"Nanter"in baş məşqçisi heyətdəki itkilərin də komandanın imkanlarına təsir göstərdiyini qeyd edib. O, Bakıdakı görüşdə rotasiyanın məhdud olmasını məşqçi qərarı ilə deyil, zədəli basketbolçuların çoxluğu ilə əlaqələndirib.

"Cəmi səkkiz basketbolçu ilə kifayətlənməli olduq. Əlbəttə, belə vəziyyətlə qarşılaşmaq istəməzdim. Son oyunlarda əsas heyətin bir neçə üzvünü zədə səbəbindən itirmişik. Bu problemlərin məhz indiki mərhələdə ortaya çıxması bizim üçün uğursuz təsadüf oldu. Meydana daha çox oyunçu buraxmaq imkanımız yox idi. Yaranmış vəziyyət mənim istəyimdən asılı deyildi", - deyə Mae fikrini tamamlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Dünən, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Dünən, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Dünən, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Dünən, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Oxşar xəbərlər