Dördqat NBA çempionu Lebron Ceyms "Filadelfiya 76ers" komandasına qoşulduqdan sonra yerli iaşə müəssisələri amerikalıya və ailəsinə pulsuz yemək təklif ediblər.
İdman.Biz bildirir ki, yerli restoranlardan biri sosial mediada Lebronun şəklini paylaşıb və onu ziyarətə dəvət edib.
"Salam, Lebron! Sweet Lucy's-ə gəlin və ömürlük pulsuz qızarmış qabırğalar al! Filadelfiyaya xoş gəlmisən! İrəli, "Siksers", restoranının paylaşımında deyilir.
Xatırladaq ki, 41 yaşlı Ceyms klubla veteran minimumu məbləğində iki illik müqavilə imzalayıb. Onun maaşı 2026-27 mövsümündə 3.876.529 dollar, 2027-28 mövsümündə isə 4.070.355 dollar olacaq. Müqavilənin ikinci ili oyunçu seçimidir. Qarşıdakı mövsüm onun üçün 24-cü mövsüm olacaq.
