top
LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı Idman.biz
Bu gün, 10:38
- ↺ +

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Azərbaycanın "LANDAU Lions" klubunun basketbolçusu Ceyms Freyzer FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb.

İdman.Biz xəbər verir ki, G qrupunun IV turunda Türkiyənin "Dənizli Basket" komandası ilə keçirilən görüşdə ABŞ-li müdafiəçi 41 xal toplayıb. O, 14 üçxallıq atışdan səkkizini dəqiq yerinə yetirib. Qarşılaşma Azərbaycan təmsilçisinin əlavə vaxtda 94:88 hesablı qələbəsi ilə başa çatıb.

Freyzer oyunda həmçinin doqquz ribaund, yeddi məhsuldar ötürmə və beş top oğurluğu ilə yadda qalıb.

Bu nəticə ABŞ-li basketbolçuya FIBA Avropa Kuboku tarixində bir oyunda ən çox xal toplayan oyunçular arasında ikinci yeri Tre Qolden və Devid DeCuliusla bölüşməyə imkan verib. Hər iki basketbolçu da bir görüşdə 41 xal toplayıb.

Qolden 2020-ci ilin martında Türkiyənin "Bahçeşehir" klubunda çıxış edərkən Latviyanın "Ventspils" komandası ilə oyunda bu nəticəyə imza atıb. DeCulius isə 2026-cı ilin aprelində İspaniyanın "UCAM Mursiya" klubunun heyətində Yunanıstanın PAOK komandası ilə yarımfinal mərhələsinin cavab qarşılaşmasında 41 xal toplayıb.

Turnirin rekordçusu isə ABŞ-li basketbolçu Trazarien Uaytdır. O, 2026-cı il oktyabrın 6-da Polşanın "Zastal" klubunun heyətində Macarıstanın "Solnoki Olaj" komandası ilə görüşdə 43 xal toplayıb. Həmin qarşılaşma Polşa təmsilçisinin 90:80 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Dənizli Basket" üzərində qələbə "LANDАU Lions" üçün cari avrokubok mövsümündə ilk uğur olub. Bu, həm də hazırkı mövsümdə FIBA Avropa Kubokunun qrup mərhələsində Azərbaycan klublarının qazandığı ilk qələbədir.

Dörd turdan sonra "LANDАU Lions"un hesabında bir qələbə və üç məğlubiyyət var. Beş xal toplayan komanda G qrupunda sonuncu – altıncı yerdə qərarlaşıb. Eyni xala malik Slovakiyanın "Prievidza" klubu daha yaxşı top fərqinə görə beşinci pillədədir.

"LANDАU Lions" növbəti oyununu noyabrın 4-də Lissabonda Portuqaliyanın "Benfika" klubuna qarşı keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:43

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Futbol
Bu gün, 09:08

“Çelsi” Estevao Villianın PSJ-yə icarəsi üçün üç şərt təqdim edib

Güləş
Bu gün, 09:04

Azərbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsi iki oyunla yekunlaşdırılacaq

Oxşar xəbərlər