top
Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb Idman.biz
Bu gün, 11:26
- ↺ +

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

"Gəncə" basketbol klubunun FIBA Avropa Kubokunda Lissabon "Sportinq"i üzərində qazandığı tarixi qələbə (69:67) Portuqaliya idman mediasında geniş müzakirələrə səbəb olub. Yerli mətbuat Azərbaycan komandasının turnirdə rəqibinə ilk məğlubiyyətini yaşatmasına və avrokuboklarda ilk qələbəsini qazanmasına təəccübünü gizlətməyib.

İdman.Biz xəbər verir ki, qarşılaşmaya ən emosional reaksiyalardan birini nüfuzlu "A Bola" nəşri verib. Qəzet matçla bağlı materialını "Tanınmaz hala düşən "Sportinq" Avropada heç vaxt qalib gəlməmiş komandaya uduzdu" başlığı ilə dərc edib.

"Sportinq" hücumda əvvəlki oyunlarından fərqli təsir bağışlayıb, tez-tez səhvlərə yol verib və boş fürsətləri dəyərləndirə bilməyib. Bu isə "Gəncə"yə sürətli hücumlardan 23 xal qazanmaq imkanı verib. Nəticədə Lissabon təmsilçisi oyunun böyük hissəsini hesabda geri düşmüş vəziyyətdə keçirib", – deyə nəşr yazıb.

Jurnalistlər Portuqaliya klubunun çoxsaylı səhvlər etdiyini, hətta əlverişli mövqelərdən də dəqiq atışlar yerinə yetirə bilmədiyini vurğulayıblar. "Gəncə" isə rəqibin zəif cəhətlərindən səmərəli istifadə edib. Azərbaycan komandasının üstünlüyü bir məqamda 13 xala çatıb.

"Matçın son saniyələrində Portuqaliya komandası qələbəni təmin etmək imkanı qazansa da, növbəti dəfə dəqiq atış edə bilməyib və rəqibinə Avropa yarışlarında tarixində ilk qələbəsini qazandırıb", – deyə "A Bola" qeyd edib.

Populyar idman portalı "Zerozero"nun reaksiyası da diqqət çəkib. Nəşr "Gəncə"nin qarşılaşmanın böyük hissəsində portuqaliyalılardan üstün olduğunu və qələbənin meydandakı oyunun məntiqi nəticəsi kimi qiymətləndirildiyini bildirib.

"Matçın son anlarında "Sportinq" hələ də qələbə qazana bilərdi. Lakin görüşün böyük hissəsində rəqibindən geri düşən komandanın son saniyələrdə vurduğu üçxallıq atış hədəfə çatmadı", – deyə nəşr yazıb.

Jurnalistlər Azərbaycan komandasının baş məşqçisi Murat Dikmenin fəaliyyətinə də xüsusi diqqət yetiriblər. Onların fikrincə, mütəxəssisin ikinci periodda götürdüyü fasilə qarşılaşmanın dönüş nöqtələrindən biri olub.

"Bu fasilədən sonra Azərbaycan komandasının aqressivliyi, xüsusilə müdafiədə və ribaund mübarizəsində fəallığı artdı. Bu da "Sportinq"in hücumlarına ciddi təsir göstərdi", – deyə "Zerozero" vurğulayıb.

Üçüncü periodda meydan sahibləri Lissabon klubunun oyunun gedişini dəyişmək cəhdinə ardıcıl üç dəqiq üçxallıq atışla cavab verərək yenidən təşəbbüsü ələ alıblar. Portuqaliya jurnalistləri "Gəncə"nin üstünlüyünü düzgün qoruduğunu və rəqibə uzun müddət oyuna nəzarəti ələ keçirməyə imkan vermədiyini qeyd ediblər.

Portuqaliyanın Sport TV telekanalı isə "Sportinq"in FIBA Avropa Kubokunda ardıcıl üç qələbədən sonra Azərbaycana gəldiyini, lakin "Gəncə"nin müqavimətini qıra bilmədiyini xatırladıb.

"İlk periodda üstünlüyü əldən verən "Sportinq" görüşün sonuna qədər bir daha hesabda önə keçə bilmədi", – deyə telekanal bildirib.

Sport TV Azərbaycan klubunun üç basketbolçusunun çıxışını xüsusi fərqləndirib. Bakari Kamara 18 xal və 10 ribaundla dabl-dabl edib. Ksavyer Rouds 18, Kobi Meqi isə 15 xal toplayıb.

"Onlar bu qələbəyə layiq idilər", – deyə nəşr "Gəncə"nin amerikalı legionerlərinin oyununu dəyərləndirib.

"Sportinq"in çıxışlarını işıqlandıran ixtisaslaşmış "Leonino" portalı isə qarşılaşmanın dramatik sonluğuna diqqət çəkib. Nəşr materialını "Sportinq" son hücumda hər şeyi əldən verdi və Avropada ilk məğlubiyyətini aldı" başlığı ilə yayımlayıb.

Jurnalistlər Portuqaliya təmsilçisinin son saniyələrə qədər məğlubiyyətdən xilas olmaq şansının olduğunu, lakin bundan istifadə edə bilmədiyini yazıblar. Bu nəticə Lissabon klubunun C qrupundakı liderliyini də itirməsi ilə nəticələnib.

Beləliklə, Portuqaliya mətbuatının rəylərində ortaq məqam diqqət çəkir: "Sportinq" uğursuz oyun keçirib, lakin "Gəncə"nin qələbəsi yalnız rəqibin səhvləri ilə bağlı olmayıb. Azərbaycan klubu rəqibinə öz oyununu qəbul etdirib, üstünlüyünü qoruyub və tarixi qələbəyə imza atıb. Bu nəticə FIBA Avropa Kubokunun IV turunun ən böyük gözlənilməzliklərindən biri kimi qiymətləndirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:26

Olimpiakos, Sabahın müdafiəçisi Stiv Solveti ilə müqavilə imzalamağa yönəldi

Futbol
Bu gün, 12:20

Lionel Messi Inter Miami'də qalacaq, Nevil's Old Boys'a dönüş etməyəcək

Qarabağ FK
Bu gün, 12:00

“Qarabağ”ın zədəli qapıçısı Bəkədə göründü – U‑15 dünya çempionatında ölkəsinin yığmasına dəstək oldu

Futbol
Bu gün, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Futbol
Bu gün, 11:00

Xankəndinin baş məşqçisi: Bu tip penaltı məğlubiyyətimizi üzur

Qarabağ FK
Bu gün, 10:55

U-15 dünya çempionatında Azərbaycan klublarının skautlarının seçmə fəaliyyəti

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Futbol
Bu gün, 10:06

İnter və Milan yeni Generali Stadionunu təqdim etdi – San-Siro söküləcək

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Oxşar xəbərlər