Azərbaycanın "LANDAU Lions" basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.
"Report"un məlumatına görə, Erhan Tokerin baş məşqçi olduğu komanda VII tur çərçivəsində Slovakiya təmsilçisi "Prievidza" ilə qarşılaşacaq.
G qrupunun matçı Bakı İdman Sarayında saat 19:00-da start götürəcək.
Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 görüşün cəmi birində qələbə qazanmağı bacaran "LANDAU Lions" 7 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.