Azərbaycan Basketbol Liqasında (ABL) I, II və III turlardan təxirə salınmış oyunların tarixləri və başlama saatları açıqlanıb.
Bu barədə \"Report\"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Qarşılaşmalar noyabrın 21–22-də Bakı İdman Sarayında keçiriləcək.
Təqvimə əsasən, noyabrın 21-də saat 14:30-da \"Sabah\" və \"Gəncə\" komandaları üz-üzə gələcək.
Noyabrın 22-də isə saat 15:00-da \"Naxçıvan\" – \"Neftçi\", saat 18:00-da \"Landau Lions\" – \"Ordu\" görüşləri baş tutacaq.