top
Skalononun gənc futbolçulara mesajı: ‘Messi də bu prinsipi qəbul edib’ Idman.biz
Bu gün, 19:16
- ↺ +

Skalononun gənc futbolçulara mesajı: ‘Messi də bu prinsipi qəbul edib’

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Kosta-Rika üzərində 7:0 hesablı qələbədən sonra komandanın gənc futbolçularının çıxışını yüksək qiymətləndirib və onlara vacib mesaj ünvanlayıb.

İdman.Biz "TyC Sports"a istinadən xəbər verir ki, mütəxəssis Kordobada keçirilən qarşılaşmadan sonrakı mətbuat konfransında fərdi istedadın uğur üçün kifayət etmədiyini bildirib.

"Gənclərimiz çox yaxşıdır, amma onlar həmişə komandadan asılıdırlar. Heç bir futbolçu təkbaşına uğur qazana bilməz. Buna görə də biz komanda oyununa əsaslanan sistemi qoruyuruq. Leonun (Messi) belə bunu başa düşməsi ən bariz nümunədir", - deyə Skaloni vurğulayıb.

Baş məşqçi Argentina millisinin gələcək hədəflərindən də danışıb:

"Kifayət qədər möhkəm təməlimiz var. Gələn il hansı rəqiblərlə qarşılaşacağımızı dəqiqləşdirməliyik. Bizim üçün əsas məsələ rəqabət aparmaqdır. İstəyirəm ki, eyni yolla davam edək, rəqiblərin qarşılaşmaqda çətinlik çəkdiyi güclü komanda olaraq qalaq. Həm müdafiədə, həm də hücumda rəqibə qarşı düzgün həll yolları tapmalıyıq. Futbolda yüksək səviyyəni qorumaq çətindir və əsas məqsədimiz bunu bacarmaqdır".

Qeyd edək ki, Argentina millisi Kosta-Rikanı 7:0 hesabı ilə məğlub edib. Görüşdə Niko Pas, Franko Mastantuono və Xulian Alvares hərəyə iki qol vurublar. Digər qola Aleksis Makallister imza atıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:44

Barselona, Qış Transferində Müdafiəni Gücləndirməyi Planlaşdırır

Basketbol
Bu gün, 19:29

İslandiya basketbolçusu Telma Aqustsdottir 41 xal toplayaraq 30 illik rekordunu qırdı

Futbol
Bu gün, 19:28

Fənərbaxça Mert Mülder və İrfan Canla 3 illik müqavilə təklif edir

Futbol
Bu gün, 19:01

Manchester United 16 yaşlı Cey Cey Qabrielin Real Madriddə mümkün transferi üçün hüquqi mübarizə hazırdır

Futbol
Bu gün, 18:39

Azərbaycan milli komandası AVRO-2028-in seçmə mərhələsində beşinci səbətdə yer aldığından beş komandadan ibarət qrupa düşəcək

Futbol
Bu gün, 18:30

İspan məşqçisi Xosep Qvardiola Səudiyyə təkliflərini rədd etdi

Digər
Bu gün, 18:26

Azərbaycan Karate Federasiyasının milli komandası Çində Dünya Kubokuna qatılır

Boks
Bu gün, 18:14

Azərbaycan boksçuları U-23 Avropa çempionatının 1/4 finalına çıxdı, biri 5:0 qalib, digəri döyüşmədən irəlilədi

Qarabağ FK
Bu gün, 18:08

"Xankəndi"nin qapıçısı Elməddin Məmmədov tarixi oyundan, rəqibin gücündən və komandanın hədəfindən danışdı

Futbol
Bu gün, 18:00

Hava limanında məhdudiyyətlər səbəbindən Rusiya yığmasının üzvləri Krasnodarda qalıb

Digər
Bu gün, 17:52

18 uşu-sandaçımız Balkan çempionatında final mərhələsinə yüksəldi

Futbol
Bu gün, 17:48

II Liqanın XII və XIII turun oyun cədvəli məlumdur

Futbol
Bu gün, 17:40

Oyun dayandı: Bosniyalılar rumıniyalıları 'qaraçılar' adlandırdılar

Futbol
Bu gün, 17:37

Rusiya AVRO-2028 seçmə mərhələsinin püşkatma mərasimində iştirak etmir: FIFA reytinqində yeni mövqe

Futbol
Bu gün, 17:32

Arsenal müdafiəsi Yurrien Timber müqaviləsini 2031-ci ilə uzadı

Formula 1
Bu gün, 17:22

“Maklaren” Las‑Veqas Qran‑prisinə yenilənmiş aerodinamik döşəmə ilə qatılacaq

Futbol
Bu gün, 17:20

PSV Belçikalı Kevin De Brayneni transfer etmək üçün "Napoli"yə 2 milyon avro təklif edib

Futbol
Bu gün, 17:00

Şimalın gənc futbolçusu Niyazi Osmanovun U-21 debutu: 3 qol, 1 asist və Ayxan Abbasovdan dəvət arzusu

Futbol
Bu gün, 16:52

Poçettino 'Mançester Siti'yə mesaj göndərdi: 'Mənə vaxt verin, hər şey dəyişəcək'

Futbol
Bu gün, 16:40

CIES-in siyahısı: Dünyanın ən dəyərli 10 qapıçısı təmsil olundu

Qarabağ FK
Bu gün, 16:37

Toral Bayramova bir neçə klubdan rəsmi təklif gəlib

Futbol
Bu gün, 16:23

Şamaxı tam heyətlə Turan Tovuzla qarşılaşmağa hazırdır

Futbol
Bu gün, 16:20

Xuan Mata 38 yaşında karyerasını bitirdi

Oxşar xəbərlər