"Sumqayıt"ın kapitanı İsa Sülimanın çıxış etdiyi Pakistan millisi "SAFF Championship 2026" turnirində sonuncu oyununu keçirib. Sport24.az xəbər verir ki, Banqladeşdə Hindistan yığması ilə baş tutan final qarşılaşmasında Pakistan millisi 1:2 hesabı ilə məğlub olub.
İsa Süleyman matça start heyətində başlayıb. O, görüşün 90+5-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.