top
İngiltərə Premyer Liqasında bir turda altı səhv qərar antirekorduna nail edildi Idman.biz
Bu gün, 21:28
- ↺ +

İngiltərə Premyer Liqasında bir turda altı səhv qərar antirekorduna nail edildi

İngiltərə Premyer Liqasında hakimlərin son turdakı fəaliyyəti ciddi müzakirələrə səbəb olub. Hakimlərin Mübahisəli Epizodlar üzrə Komitəsi bir tur ərzində altı səhv qərar verildiyini müəyyənləşdirib.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, bu, komitənin bir oyun həftəsində qeydə aldığı ən yüksək göstəricinin təkrarıdır. Sonuncu dəfə belə hal 2023/2024 mövsümünün əvvəlində yaşanıb.

Komitə altı səhvdən ikisində həm meydan hakiminin qərarını, həm də VAR-ın müdaxilə etməməsini yanlış hesab edib.

İlk belə epizod "Everton" - "Koventri" görüşündə yaşanıb. Meydan sahiblərinin müdafiəçisi Ceyms Tarkovski cərimə meydançasında rəqib futbolçu Kaleb Yirenkinin saçından dartsa da, penalti təyin olunmayıb. Komitənin bütün beş üzvü qərarı səhv sayıb və VAR-ın müdaxilə etməli olduğunu bildirib.

Digər hadisə "Arsenal" - "Hall Siti" qarşılaşmasında baş verib. Qonaqların müdafiəçisi Nobel Mendi Kay Havertsi cərimə meydançasında saxlayıb. VAR hakimi Maykl Oliver baş referi Faray Hallamı monitor qarşısına dəvət etsə də, almaniyalı futbolçunun oyundankənar vəziyyətdə olduğu əsas gətirilərək penalti verilməyib.

Komitə yekdilliklə müəyyənləşdirib ki, qayda pozuntusu Havertsin oyundankənar vəziyyətlə bağlı cəzalandırıla biləcəyi hərəkətdən əvvəl baş verib. Buna görə "Arsenal"ın xeyrinə penalti təyin olunmalı idi.

Digər dörd epizodda isə meydan hakimlərinin qərarları səhv sayılsa da, VAR-ın müdaxilə etməməsi qaydalara uyğun qiymətləndirilib.

"Everton" - "Koventri" matçında Tierno Barrinin 61-ci dəqiqədə vurduğu qol bunlardan biridir. Komitənin üç üzvü topun hücumçunun əlinə toxunduğunu və qolun qeydə alınmamalı olduğunu bildirib. Bununla belə, VAR-ın sərəncamında olan görüntülər qəti nəticəyə gəlmək üçün kifayət etmədiyindən müdaxilənin olmaması düzgün sayılıb.

"Kristal Palas" - "Liverpul" görüşünün əlavə vaxtında meydan sahiblərinin xeyrinə verilən penalti də səhv hesab edilib. Miloş Kerkezlə Dario Osorio arasındakı təmasın qaçılmaz olduğunu bildirən komitə üzvləri penalti qərarını yekdilliklə yanlış qiymətləndiriblər. Bununla belə, epizod VAR müdaxiləsi üçün tələb olunan açıq-aşkar səhv meyarına uyğun gəlməyib.

"İpsviç" - "Bornmut" qarşılaşmasının 72-ci dəqiqəsində də yanlış penalti təyin olunub. Lyuis Kukun Abdul Uattaraya qarşı müdaxiləsini qiymətləndirən komitənin dörd üzvü penalti qərarının səhv olduğunu bildirib. Onların fikrincə, Uattara özü rəqibin hərəkət istiqamətinə keçib, Kuk isə qayda pozuntusu etməyib.

Həmin görüşdə "Bornmut"un futbolçusu Markus Tavernierin ikinci sarı vərəqədən yayınması da səhv qərar kimi qeydə alınıb. Komitənin üç üzvü onun oyunun bərpasını bilərəkdən gecikdirdiyinə görə ikinci sarı vərəqə almalı olduğunu bildirib. VAR ikinci sarı vərəqə ilə bağlı qərarlara müdaxilə edə bilmədiyindən bu epizod videoassistent hakimlərin səhvi sayılmayıb.

Maraqlıdır ki, "Tottenhem"in etiraz etdiyi başqa bir epizodda komitə hakimlərin mövqeyini dəstəkləyib. "Lids"in futbolçusu Ceyden Boqlun Matis Telə qarşı müdaxiləsinə görə qırmızı vərəqə göstərilməməsi üç səsə qarşı iki səslə düzgün hesab edilib.

Komitə "Mançester Yunayted"in "Aston Villa" ilə 4:4 hesablı görüşündə əlavə vaxtda vurduğu bərabərlik qolunun qeydə alınmasını da yekdilliklə dəstəkləyib.

Qeyd edək ki, Premyer Liqanın beş üzvdən ibarət müstəqil komitəsi hər tur mübahisəli epizodları araşdırır. Meydan hakiminin qərarı ilə VAR-ın müdaxilə edib-etməməsi ayrıca qiymətləndirilir. Bu mövsüm indiyədək VAR-ın müdaxilə etməli olduğu halda etmədiyi altı epizod müəyyənləşdirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:38

Barselona Bakıya səfərini avrokuboklarda ən uzaq səfər kimi elan etdi

Futbol
Bu gün, 21:30

Mahir Emreli UEFA Milli Ligi rəmzi heyətinə seçildi

Futbol
Bu gün, 21:13

Ayxan Abbasov: Yeni müqavilə üçün AFFA ilə dekabrda müzakirələr başlayacaq

Voleybol
Bu gün, 20:42

Turan qadın voleybol komandası Super Liqada Naxçıvanı 3:0 məğlub etdi

Futbol
Bu gün, 20:40

Sumqayıt Futbol Akademiyasında Antidopinq Seminarı Təşkil Olub

Futbol
Bu gün, 20:32

Poçettino Manchester United-ə gəldi, məşqçi kəlamı açıqlandı

Voleybol
Bu gün, 20:23

AZERRAIL, Azərbaycan Super Liqasında Murov Az Terminalı 3:0 məğlub etdi

Futbol
Bu gün, 20:12

Globe Soccer Awards-da 2026-cı ilin ən yaxşı yarımmüdafiəçisinə 14 namizəd açıqlandı

Qarabağ FK
Bu gün, 20:05

"Qarabağ"ın əvəzediciləri Qazaxıstanın "Aksay" klubuna 3:0 hesabı ilə məğlub oldu

Formula 1
Bu gün, 19:58

Karlos Sayns: Bakı Qran-prisindəki podiumum "Williams" dövründə ən çox sevindiyim nəticədir

Futbol
Bu gün, 19:58

İsa Süleyman iştirakı ilə Pakistan millisi SAFF Çempionatında Hindistana 1:2 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 19:49

Manchester United, 16 yaşlı hücumçu Cey-Cey Qabrielin ayrılığına görə FIFA-ya şikayət etməyi planlaşdırır

Futbol
Bu gün, 19:44

Barselona, Qış Transferində Müdafiəni Gücləndirməyi Planlaşdırır

Basketbol
Bu gün, 19:29

İslandiya basketbolçusu Telma Aqustsdottir 41 xal toplayaraq 30 illik rekordunu qırdı

Futbol
Bu gün, 19:28

Fənərbaxça Mert Mülder və İrfan Canla 3 illik müqavilə təklif edir

Futbol
Bu gün, 19:16

Skalononun gənc futbolçulara mesajı: ‘Messi də bu prinsipi qəbul edib’

Futbol
Bu gün, 19:01

Manchester United 16 yaşlı Cey Cey Qabrielin Real Madriddə mümkün transferi üçün hüquqi mübarizə hazırdır

Futbol
Bu gün, 18:39

Azərbaycan milli komandası AVRO-2028-in seçmə mərhələsində beşinci səbətdə yer aldığından beş komandadan ibarət qrupa düşəcək

Futbol
Bu gün, 18:30

İspan məşqçisi Xosep Qvardiola Səudiyyə təkliflərini rədd etdi

Digər
Bu gün, 18:26

Azərbaycan Karate Federasiyasının milli komandası Çində Dünya Kubokuna qatılır

Boks
Bu gün, 18:14

Azərbaycan boksçuları U-23 Avropa çempionatının 1/4 finalına çıxdı, biri 5:0 qalib, digəri döyüşmədən irəlilədi

Qarabağ FK
Bu gün, 18:08

"Xankəndi"nin qapıçısı Elməddin Məmmədov tarixi oyundan, rəqibin gücündən və komandanın hədəfindən danışdı

Futbol
Bu gün, 18:00

Hava limanında məhdudiyyətlər səbəbindən Rusiya yığmasının üzvləri Krasnodarda qalıb

Oxşar xəbərlər