Azərbaycanın U-18 qadın basketbol millisi Avropa çempionatında növbəti oyununu keçirib.
İdman.Biz xəbər verir ki, FIBA U18 Qadınlararası Avropa Çempionatının B divizionunda 17–20-ci yerlər uğrunda təsnifat mərhələsində yığmamız Estoniya seçməsi ilə qarşılaşıb.
Komandamız görüşdə 74:71 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin heyətində Polina Şçukina 19 xal, 16 ribaund və 3 blokla, Deniz Gökçöl 19 xal, 5 ribaund və 2 topalmayla fərqlənib.
Angelina İsmayılova 15 xal, 3 məhsuldar ötürmə və 2 topalma, Leyla Allahverdiyeva isə 12 xal, 14 ribaund və 7 məhsuldar ötürmə ilə komandanın qələbəsinə töhfə verib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu avqustun 9-da keçirəcək. Yığmamız saat 12:00-da Norveç seçməsi ilə qarşılaşacaq.