Bu gün Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi FIBA U-20 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız üçüncü tur çərçivəsində İrlandiya seçməsi ilə qarşılaşacaq.
Bratislavadakı "GOPASS Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda İsveçə 58:85 hesabı ilə uduzub. Komandamız ikinci turda isə Slovakiya ilə üz-üzə gəlib və rəqibini 72:66 hesabı ilə məğlub edib.