Azərbaycanın U18 qızlardan ibarət basketbol millisi FIBA U18 Qadınlararası Avropa Çempionatının B divizionunda mübarizəyə başlayacaq.
İdman.Biz xəbər verir ki, Rumıniyanın Tulça şəhərində keçiriləcək yarışda millimiz A qrupunda Rumıniya, Portuqaliya, Niderland və İslandiya yığmaları ilə qarşılaşacaq.
Azərbaycan ilk oyununu 31 iyulda Bakı vaxtı ilə saat 19:30-da Rumıniyaya qarşı keçirəcək. Komandamız 1 avqustda saat 17:00-da Portuqaliya, 2 avqustda saat 14:30-da Niderland, 5 avqustda isə saat 17:00-da İslandiya ilə üz-üzə gələcək.
FIBA U18 Qadınlararası Avropa Çempionatının B divizionu 31 iyul - 9 avqust tarixlərində keçiriləcək.