Azərbaycan Basketbol Liqasında (ABL) ilk turdan təxirə salınmış "Naxçıvan" - "Neftçi" oyunu başa çatıb.
Paytaxt təmsilçisi 104:84 hesablı qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, noyabrın 22-də Bakı İdman Sarayında keçirilən qarşılaşmada "Neftçi" rəqibini 20 xal fərqlə üstələyib.
Beləliklə, Bakı komandası təxirə salınmış görüşdən qalib ayrılaraq turnir cədvəlində hesabına növbəti qələbəni yazdıraraq xallarını 13-ə çatdırıb və ikinci pilləyə yüksəlib. "Naxçıvan" isə 12 xalla üçüncüdür.
."LANDAU Lions" da növbəti qələbəsini qazanıb. Komanda üçüncü turdan təxirə salınmış oyunda "Ordu"nu 17 xal fərqi ilə məğlub edib.
Görüşdə üstünlüyü ələ keçirən "LANDAU Lions" rəqibinin hesab fərqini azaltmaq cəhdlərinə baxmayaraq, təşəbbüsü əldən verməyib.
"Ordu" oyunun gedişində fərqi azaltmağa çalışsa da, rəqibinin müqavimətini qıra bilməyib. Nəticədə "LANDAU Lions" 97:80 hesablı qələbə ilə meydanı qalib tərk edib.
Xallarını 11-ə çatdıran "LANDAU Lions" dördüncü pilləyə yüksəlib. "Ordu" isə 9 xalla yeddincidir.
