top
Bakıda debüt edən 18 yaşlı “Barselona” müdafiəçisi liderliyə namizəd ola bilər Idman.biz
Bu gün, 11:01
- ↺ +

Bakıda debüt edən 18 yaşlı “Barselona” müdafiəçisi liderliyə namizəd ola bilər

İspaniyanın "Barselona" futbol komandasının 18 yaşlı müdafiəçisi Aleks Kamposun əsas heyətdə debütü Kataloniya mətbuatının diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda Bakıda "Sabah"a qarşı keçirilən görüşdə baş məşqçi Hans-Diter Flik gənc futbolçuya əsas komandada debüt etmək imkanı yaradıb.

Kampos hələ əsas komandada oynamaq arzusunda olduğu dövrdə 40 dərəcə istidə fərdi məşqlər edərək mövsümə hazırlaşıb. Onun məqsədyönlülüyü və əzmkarlığı futbolçu kimi sürətli inkişafında mühüm rol oynayıb.

Flik heyətdəki itkilər səbəbindən bir ay əvvəl PSJ ilə qarşılaşma üçün də Kamposu heyətə cəlb edib, amma ehtiyatda qalıb.

Gənc müdafiəçinin inkişafında "Barselona"nın əvəzedici komandasının baş məşqçisi Juliano Bellettinin xüsusi rolu olduğu vurğulanır. Kampos meydana çıxmaq imkanı olduğu bütün qarşılaşmalarda sonadək mübarizə aparıb. Onun uğurlu çıxışı əvəzedici komandanın çempionatda ən az qol buraxan kollektiv olmasının əsas səbəblərindən biri hesab edilir. Müdafiəçi cari mövsümdə əvəzedici komandanın heyətində hələ məğlubiyyətlə üzləşməyib.

Klub rəhbərliyi Kamposun gələcəkdə komandanın liderlərindən birinə çevrilməsini istəyir. Futbolçu artıq əvəzedici komandanın kapitanlarından biridir.

Karyerasına yarımmüdafiəçi kimi başlayan Kampos "Barselona"ya keçdikdən sonra mərkəz müdafiəçisi mövqeyində çıxış etməyə başlayıb. O, dəqiq ötürmələri, yüksək tullanmaq bacarığı və sürəti ilə seçilir. Bu keyfiyyətlər komandanın müdafiə xəttini irəlidə qurmasına və standart vəziyyətlərdən səmərəli istifadə etməsinə imkan yaradır.

Son milli fasilə zamanı İspaniyanın U-19 millisində də kapitan sarğısını daşıyan Kampos əvəzedici komandaların derbisində 90 dəqiqə mübarizə aparıb və dörd gün sonra Bakıda əsas komandada debüt edib.

Maraqlıdır ki, 18 yaşlı futbolçu hələ də "La Masiya" akademiyasının yataqxanasında yaşayır.

Bu ilin yayında "Barselona" ilə müqaviləsinin müddətini 2029-cu ilədək uzadan müdafiəçinin əsas hədəfi Flikin komandasında möhkəmlənməkdir. Müqavilədə əməkdaşlığın daha bir il uzadılması imkanı da nəzərdə tutulur.

Xatırladaq ki, Bakıda keçirilən qarşılaşma "Barselona"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:25

Marsel-Levski qarşılaşmasında azarkeşlərə hücum: 11 nəfər xəsarət alıb, UEFA ağır cəza verə bilər

Futbol
Bu gün, 11:07

Karlos Tevesin vida matçında Messi iştirak edəcək, Ronaldo da dəvət olunmaq istənir

Futbol
Bu gün, 11:04

Azərbaycan millisinin hücumçusu Lornenço Mezzotero Avropanın aparıcı klublarının diqqət mərkəzindədir

Futbol
Bu gün, 11:01

Eyden Heven qışda "Mançester Yunayted"dən icarəyə keçmək istəyir;

Futbol
Bu gün, 11:00

Araz Bağırov: "3 oyunluq cəza və cərimə çoxdur"

Futbol
Bu gün, 10:58

Bornmut tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 10 qələbə qazandı

Futbol
Bu gün, 10:58

Avropa Liqası:

Futbol
Bu gün, 10:50

"Beşiktaş" - "Hapoel Beer-Şeva" oyununda azarkeşlərlə polis toqquşması: 3 polisin xəsarət alması, 16 nəfərin saxlanılması

Futbol
Bu gün, 10:50

Noyerin keçmiş həyat yoldaşı Anika Bissel xəyanət iddiaları ilə bağlı sosial şəbəkədə paylaşımlar edib

Futbol
Bu gün, 10:49

«Rakov»un köməkçi məşqçisi Mahir Emrelinin azarkeşlərin görmədiyi taktiki işini açıqladı

Futbol
Bu gün, 10:46

İnter, Azərbaycan U-21 hücumçusu Lorenso Mezzotero ilə maraqlanır

Futbol
Bu gün, 10:40

"Liverpul" 16 yaşlı seneqallı Sidi Barham Ndiayenin transfer hüququna sahib olub

Futbol
Bu gün, 10:37

Osimhenin "Beşiktaş" derbisində iştirakı 48 saat ərzində aydın olacaq

Futbol
Bu gün, 10:33

Murad Məmmədovun Pafosu Konfrans Liqasında Midtyullanda məğlub oldu

Futbol
Bu gün, 10:31

İlqar Qurbanov: "Sabah"ın "Barselona"ya qarşı ilk yarısındakı performansı məmnun edən idi

Futbol
Bu gün, 10:30

Qalatasarayın ulduzu Yunus Akgün üçün 30 milyon avroluq təklif

Cüdo
Bu gün, 10:30

Azərbaycan parataekvondoçuları Qran-pri finalında yarışacaq

Basketbol
Bu gün, 10:25

"Neftçi" basketbol komandası amerikalı müdafiəçi Cerod Robinsonla yollarını ayırdı

Futbol
Bu gün, 10:25

I Liqa: İlk dövrəyə yekun vurulur

Futbol
Bu gün, 10:20

"İnтер" Karlos Auqustonun müqaviləsini 2031-ci ilə qədər uzadıblar

Şahmat
Bu gün, 10:13

Xaqan Əhməd dünya şampionatında liderə çatdı – son turda qızıl medala davam edəcək

Futbol
Bu gün, 10:05

Bavariya

Futbol
Bu gün, 10:04

Beşiktaş UEFA Avropa Liqasında Hapoel Ber-Şeva-yı 2:1 hesabı ilə məğlub etdi;

Oxşar xəbərlər