top
Səbail klubunda maliyyə böhranı: Prezidentin ölkədən çıxışına qadağa qoyulub Futbolinfo.az
Bu gün, 12:00
- ↺ +

Səbail klubunda maliyyə böhranı: Prezidentin ölkədən çıxışına qadağa qoyulub

“Səbail” klubunda ciddi dəyişikliklər gözlənilir. Maliyyə böhranında qovrulan I Liqa klubu yeni sponsorla yanaşı yeni dərd də tapıb.

3 aydan çoxdur işçilərə maaş verilməyən “dənizçilər”də artıq istefalar da başlayıb. Klub akademiyasının direktoru Mirbağır İsayev bir həftə öncə vəzifəsindən ayrılıb. Avqustun sonunda bu posta təyin olunan, lakin işlədiyi müddətdə vəd edilənlərin heç birinin reallaşmadığını görən təcrübəli mütəxəssis getməyi lazım bilib, onun müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.

Futbolçular, məşqçilər, klub əməkdaşları da durumdan narazıdır. I Liqanın ən imkanlı klublarından biri olacağı vəd edilən “Səbail”də hamı qış fasiləsi yaranan kimi yeni iş yeri tapmaq niyyətindədir. Səbəb idarəçilərin səriştəsizliyi və yalan çıxan vədlərdir.

Yayda “Səbail”in əvvəlki rəhbərliyi klubu Mirzə Bayrampura satmışdı. Təxminən 400 min manatlıq alqı-satqı barədə danışılırdı. Klubun yeni rəhbərliyi onu Qubaya köçürtmək, yerli rayonun adını vermək, infrastruktur qurmaq, akademiya yaratmaq vədləri verirdi. Aylar keçib, lakin indiyədək hətta ən sadə iş olan addəyişmə prosesi reallaşmayıb.

Əvvəllər klub prezidentlərinin çəkisi olardı. Elə indi də ciddi klublarda belədir – sanballı klublara kimliyi bəlli olan, xüsusi çəkiyə malik nüfuzlu şəxslər rəhbərlik edir. “Səbail”in prezidenti postuna 28 yaşlı Mirzə Bayrampur gətiriləndə birşeylərin doğru getmədiyi görünürdü. Ciddi karyerası olmayan bu şəxs ya kiminsə görünən üzü idi, ya da “sabun operası”nda baş rol ifaçısı.

Onu futbol təsərrüfatında 2025-ci ilin sentyabrında, "Şahdağ Qusar"ın icraçı direktoru vəzifəsinə təyin edilərkən tanımışdıq. Qısa müddətdə nə baş verdisə, bu şəxs Şimal bölgəsi təmsilçisinin məşqçi heyətini, bəzi futbolçuları və əməkdaşları arxasına salıb “Səbail”ə gətirdi. İndi isə onun prezident postunun ağırlığına tab gətirmədiyi görünür.

Ötən ay I Liqanın VI turunda keçirilən "Şahdağ Qusar" – "Səbail" oyunundan sonra onun həm də intizamsız olduğu üzə çıxdı. Keçmiş klubuna 0:1 hesablı məğlubiyyəti həzm edə bilməyən Bayrampur hakimlərlə bağlı insidentə səbəbkar olmuş və AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmışdı. İndi bəlli olur ki, onun gərginliyinin səbəbi öhdəsindən gələ bilmədiyi məsuliyyət imiş. Sponsorlara Premyer Liqaya vəsiqə sözü verən, amma hazırkı liderə uduzan komandasının guya hakimlər tərəfindən sıxışdırıldığını bəhanə etmək istəyirdi. Halbuki hazırda 5-ci pillədə olan və zirvədən 9 tura 9 xal geri düşən “Səbail”in problemi öz içindədir.

Əldə etdiyimiz məlumata görə, “Səbail”in maliyyə problemləri həll ediləcək qədər kiçik deyil. SOCAR Bayrampur tərəfindən xərclənən təxminən 4 milyon manatın “axtarışındadır”. Bu səbəbdən hətta klub prezidentinin ölkədən çıxışına qadağa qoyulduğu da deyilir. Sözügedən şirkətin həmin vəsaiti hansı kanallarla Mirzə bəyə etibar etdiyini bilmirik, amma pulun hesabatı verilməsə, prezidenti çox pis aqibət gözləyir.

Oyunları maliyyə probemi üzündən boykot etməyə hazırlaşan məşqçi və futbolçular bir yana, “Səbail”in sifariş etdiyi 60-70 min manatlıq formalara sahib çıxmaq istəmədiyi, Boludakı yoplanışa görə səfərin təşkilatçılarının pulunu ödəmədiyi də gələn xəbərlər arasındadır. "Macara Travel"in "Səbail"i məhkəməyə verə biləcəyi iddia olunur. "Səbail"in otel, qida və geyim sahələrində də öhdəliklərini yerinə yetirmədiyi, Bakıda icarəyə götürdüyü ofisin bağlandığı dəqiqdir. AFFA-nın kluba ayırdığı aylıq 30 min manat yardımı oktyabr üçün dayandırdığı və əvvəlki ayların vəsaitinin xərclənməsi barədə hesabat istədiyi bildirilir.

FƏRİD

P.S.: “Səbail” ətrafında baş verənlərlə bağlı klubun mövqeyini işıqlandırmağa hazırıq. Bunu indi etməməyimizzi səbəbi klubun mətbuat xidmətinin əlçatmazlığıdır – çünki sözügedən post boşdur. Ümid edirik, “Səbail”dən kimlərsə bizimlə əlaqə saxlayıb danışmağa özündə cəsarət tapacaq.

P.P.S.: Baş verənlər həm də Futbolun İnkişaf Fondunun fəaliyyətinə kölgə salır. Qurumun rəhbəri Tural Piriyevin ölkə futboluna sponsor adı ilə gətirdikəri bir-bir səriştəsiz çıxır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:26

ExpoSport Azerbaijan 2026

Digər
Bu gün, 12:25

Bakı İdman Sarayında "ExpoSport Azərbaycan 2026" sərgisinin açılışı baş tutdu

Voleybol
Bu gün, 12:24

Qadın voleybolu Super Liqası: "Azərreyl" "Murov Az Terminal" ilə üz-üzə

Futbol
Bu gün, 12:20

Sampdorinin 18 yaşlı futbolçusu Metsoteronu İtaliyanın 7 rəqib klubu izləyir

Futbol
Bu gün, 12:20

Haalandın atası: Müqavilədəki sərbəstqalma məbləği 100-150 milyon arasında, oğlumu Reala yönləndirmək istəyirən

Futbol
Bu gün, 12:20

Bavariya, Qalatasaray‑ın keçmiş hücumçusu Mauro İkardi‑ni maraq dairəsinə alıb

Boks
Bu gün, 12:17

Fyuri psixoloji problemi haqqında danışıb, Coşua ilə döyüşü ləğv oluna bilər

Futbol
Bu gün, 12:13

Dominik Kalvert-Lyuin "Lids"lə 2,5 illik yeni müqavilə imzalayıb;

Basketbol
Bu gün, 12:09

Anar Sarıyev: Bakıda keçiriləcək Avropa çempionatında medalla mübarizə aparacağıq

Futbol
Bu gün, 12:08

FIFA referisi Marçinyak "Mançester Yunayted"in qolunun ləğv edilməsi üçün üzr istədi

Boks
Bu gün, 11:54

Tayson Fyuri və Entoni Coşua Britaniya ağır çəkili boksunun tarixini necə yenidən formalaşdırır?

Basketbol
Bu gün, 11:42

Lebron Ceymsin Kobi Bryantın xatirə mərasimində iştirak etməməsinin səbəbi açıqlandı

Futbol
Bu gün, 11:42

Beşiktaş futbolçusu Emirhan Topçu xəstəxanada müayinədən keçdi

Qarabağ FK
Bu gün, 11:40

Videonu bu linkdən izləyin

Futbol
Bu gün, 11:40

İslandiya milliyətinin keçmiş qapıçısı İnqvar Yonson 37 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 11:39

Sabah–Araz‑Naxçıvan çətin sınaq: Barselona məğlubiyyətindən sonra, Neftçi üçün kritik qarşılaşma – İDMAN.BİZ

Futbol
Bu gün, 11:34

Kimmixin Musiala haqqındakı açıqlamaları «Bavariya» rəhbərliyini narazı qoydu;

Futbol
Bu gün, 11:25

Marsel-Levski qarşılaşmasında azarkeşlərə hücum: 11 nəfər xəsarət alıb, UEFA ağır cəza verə bilər

Futbol
Bu gün, 11:20

Şəfa rəhbərliyi Premier Liqaya hazır deyil – nəticələri nə gözləyir?

Futbol
Bu gün, 11:07

Karlos Tevesin vida matçında Messi iştirak edəcək, Ronaldo da dəvət olunmaq istənir

Futbol
Bu gün, 11:04

Azərbaycan millisinin hücumçusu Lornenço Mezzotero Avropanın aparıcı klublarının diqqət mərkəzindədir

Futbol
Bu gün, 11:01

Eyden Heven qışda "Mançester Yunayted"dən icarəyə keçmək istəyir;

Futbol
Bu gün, 11:01

Bakıda debüt edən 18 yaşlı “Barselona” müdafiəçisi liderliyə namizəd ola bilər

Oxşar xəbərlər