Lionel Messi həmyerlisi Karlos Tevesin vida matçında iştirak edəcək.
Görüş dekabrın 20-də "Boka Xuniors"un stadionunda keçiriləcək. Tədbirin təşkilatçıları Messi ilə bağlı xəbəri rəsmi şəkildə açıqlayıblar.
"Dünya futbolunun ən yaxşı oyunçusunu Apacın (Tevesin ləqəbi) son matçında qarşılamaq bizim üçün böyük şərəf olacaq", – deyə təşkilatçılar bildiriblər.
Messi və Teves Argentina millisində, o cümlədən 2006 və 2010-cu il dünya çempionatlarında birlikdə çıxış ediblər. Vida görüşünə Serxio Aquero, Martin Palermo, Canluici Buffon, Rio Ferdinand və Leandro Paredes də dəvət olunublar.
Teves sabiq komanda yoldaşı Kriştianu Ronaldunu da matçda görmək istəyir və onu şəxsən dəvət etməyə çalışacağını bildirib. Lakin "Əl-Nəsr"in hücumçusunun iştirakı hələ təsdiqlənməyib.