"Sampdoriya"nın 18 yaşlı futbolçusu Lorentso Metsotero İtaliyanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.
Sportify.az-ın məlumatına görə, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, gənc futbolçunun vəziyyətini "İnter", "Yuventus", "Napoli", "Fiorentina", "Komo", "Sassuolo" və "Montsa" izləyir.
Metsotero son 4 matçda 4 qol vurmaqla diqqət çəkib.