11-13 sentyabr Belçikanın Antverpen şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun oyunları baş tutacaq.
İdman.Biz bildirir ki, mövsümün ən nüfuzlu yarışlarından biri hesab olunan Avropa Kubokunda qadınlardan ibarət yığmamız da mübarizə aparacaq.
Püşkatmanın nəticələrinə əsasən, A qrupunda yer alan millimizin rəqibləri Ukrayna və Niderland yığmaları olacaq.