top
Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq” Idman.biz
Bu gün, 21:17
- ↺ +

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Qadın voleybolçulardan ibarət "Turan" klubunun Çempionlar Liqasının təsnifat mərhələsində Zaqreb "Mladost"u üzərində qazandığı qələbə Xorvatiyanın idman mətbuatında diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Sportske novosti nəşri HINA agentliyinin materialını dərc edərək "Mladost"un kişi və qadın komandalarının Avropa arenasındakı çıxışlarını müqayisə edib.

Xorvatiyalı jurnalistlər qeyd ediblər ki, Zaqreb klubunun kişi komandası Çempionlar Liqasının təsnifat mərhələsinə Kiprdə "Pafiakos" üzərində 3:1 hesablı qələbə ilə başlasa da, qadınlardan ibarət kollektiv Azərbaycanda məğlubiyyətlə üzləşib.

Tovuzda keçirilən və 84 dəqiqə davam edən qarşılaşma "Turan"ın inamlı qələbəsi ilə yekunlaşıb – 3:0 (25:20, 25:16, 25:16).

Xorvatiya nəşri Azərbaycan klubunun beynəlmiləl heyətinə də xüsusi diqqət ayırıb. Məqalədə "Turan"ın heyətində Cənubi Koreya, Yaponiya, Çin, Kuba və Serbiyadan olan voleybolçuların çıxış etdiyi vurğulanıb.

Sportske novosti-nin məlumatına görə, "Mladost"un heyətində ən məhsuldar oyunçu 22 xal toplayan keniyalı Pamella Ovino olub. Konstantina Vlaxaki isə komandasına yeddi xal qazandırıb.

Qarşılaşmadan sonra Xorvatiya təmsilçisinin voleybolçusu Mirta Froynd komandasının həddindən artıq səhvə yol verdiyini etiraf edib.

"Alınmadı, çoxlu səhvlərə yol verdik. Düşünürəm ki, evdə daha yaxşı çıxış edəcəyik", – deyə voleybolçu bildirib.

Froynd bununla yanaşı, ilk setdə "Mladost"un oyununda kifayət qədər müsbət məqamların olduğunu və cavab görüşünə hazırlaşarkən bunların nəzərə alınmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, "Mladost"la "Turan" arasında cavab qarşılaşması oktyabrın 29-da Zaqrebdə, Dom odbojke idman zalında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İki oyunun nəticəsinə əsasən qalib gələn komanda qadın voleybolçular arasında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:25

"Yuventus" argentinalı müdafiəçini transfer etmək istəyir

Digər
Bu gün, 22:21

Şimali Koreyalı futbolçu dünya çempionatlarında 10 illik rekordu qırdı

Digər
Bu gün, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Bu gün, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Bu gün, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Bu gün, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Bu gün, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Bu gün, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Bu gün, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Bu gün, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Futbol
Bu gün, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Bu gün, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Bu gün, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Bu gün, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Oxşar xəbərlər