top
Turan voleybol komandası Avropada Çempionlar Liqasında tarix yazmaq istəyir Idman.biz
Bu gün, 19:19
- ↺ +

"Turan" voleybol komandası Avropada Çempionlar Liqasında tarix yazmaq istəyir

"Turan" voleybol komandasının baş məşqçisi Ziya Rəcəbov Çempionlar Liqasında uğur qazanmaq niyyətində olduqlarını bildirib.

İdman.Biz-in suallarını cavablandıran mütəxəssis heyətdəki dəyişikliklərdən danışarkən bunun sadəcə ölkə çempionatı üçün nəzərdə tutulmadığını deyib.

"Keçən ilki komanda sırf Azərbaycan çempionatı üçün yığılmışdı. Baxmayaraq ki, 2-3 klub həm büdcə, həm də oyunçu cəhhətdən bizdən öndə idilər. Amma buna baxmayaraq çempionluğu qazandıq. Keçən ilki heyətdən cəmi dörd nəfər qalıb – ikisi yerli, ikisi əcnəbi oyunçular. Heyətə 11 yeni oyunçu əlavə olunub. Azərbaycan çempionatının səviyyəsini aşağı qiymətləndirmək istəmirəm. Ancaq bu heyət sırf Çempionlar Liqasında mübarizə üçün qurulub. Çünki avroliqda çıxış edən komandaların səviyyəsi fərqlidir. Əsas məqsədimiz qrupa düşməkdir. İnşallah ki, öhdəsindən gələcəyik", - deyə Rəcəbov vurğulayıb.

Baş məşqçi klub rəhbərliyindən qarşılarına qoyulan məqsədin qrup mərhələsinə düşmək olduğunu söylədi və bunun üçün heyətdə kifayət qədər təcrübəli voleybolçuların olduğunu bildirdi:

"Qruplar artıq məlumdur. Türkiyə, İtaliya və Serbiya klubları var. Çox güclü klublardır. Nə qədər irəli getsək, bir o qədər bizim üçün təcrübə olacaq. Çünki bu mərhələdə uduzmağın özü də bir təcrübədir. Biz artıq tarix yazmışıq. Niyə də qrupa düşməyək, Azərbaycan voleybolunda daha böyük uğurlara imza atmayaq? Mən buna ciddi şəkildə inanıram. Əlbəttə, qarşımızda çox güclü komandalar var. Ancaq nə qədər irəli getsək, nə qədər çox qələbə qazansaq, bu, bizim üçün bir o qədər böyük uğur və təcrübə olacaq. Əlimizdən gələni edəcəyik"

Mütəxəssis İtaliya və Türkiyədə keçirilən hazırlıq prosesinin komanda üçün faydalı olduğunu vurğulayıb:

"İtaliyada 15 gün hazırlıq keçdik, daha sonra Türkiyəyə yollandıq. Əsas məqsədimiz oyunçuların bir-birinə uyğunlaşmasını təmin etmək və komandadakı çatışmazlıqları müəyyənləşdirmək idi. Yoxlama oyunlarında zəif nöqtələrimizi gördük və onların aradan qaldırılması üzərində çalışırıq. Bu qarşılaşmalar əsas heyətin formalaşdırılması baxımından da əhəmiyyətli oldu. Bizdə birinci və ikinci heyət anlayışı yoxdur. Bütün oyunçularımız təcrübəlidir. Ancaq meydana çıxacaq ilk altılığın müəyyənləşdirilməsi üçün vacib idi".

Baş məşqçi qarşıdakı oyunun çətin keçəcəyini də etiraf edib:

"Qarşılaşmanın nəticəsi barədə əvvəlcədən ehtimal irəli sürmək istəmirəm. Çətin oyun olacaq. Ancaq komandamız uğur qazanmaq üçün əlindən gələni edəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:27

Ruben Amorim “Milan”ı tarixində üçüncü məşqçi etdi

Futbol
Bu gün, 20:23

Akim Zedadka: Evdə azarkeş dəstəyi önəmlidir, Çempionlar Liqasında asan oyun yoxdur

Digər
Bu gün, 20:08

Azərbaycan Taekvondo Milli Komandası Qəbələdə Təlim‑Məşq Toplanışını Davam etdirir

Futbol
Bu gün, 19:59

Sabah U-19 komandası 20 oktyabrda Borussia Dortmundla UEFA Gənclər Liqasının matçına çıxacaq

Futbol
Bu gün, 19:58

Sergen Yalçına Türkiyə millisinin baş məşqçiliyi təklifi

Futbol
Bu gün, 19:36

Luis Enrike Lamin Yamalını necə dayandırmağı izah etdi, Messi ilə müqayisəni də şərh etdi

Futbol
Bu gün, 19:33

Borussiya Dortmundun baş məşqçisi Niko Kovaç “Sabah”ı təhlil edib, qələbə hədəfləyir

Futbol
Bu gün, 19:27

Azərbaycan Birinci Liqası altıncı turun hakimi təyin edildi

Minifutbol
Bu gün, 19:17

AFFA nümayəndəsi Ferrux Hüseynzadə UEFA təyinatı alıb

Futbol
Bu gün, 19:05

Borussiya Dortmund Bakı Olimpiya Stadionunda "Sabah" qarşısında son məşqini keçirdi - FOTO/VİDEO

Futbol
Bu gün, 19:02

Bornmut Aleks Skottun transfer qiymətinin Liverpool və Chelsea üçün artırılması

Futbol
Bu gün, 18:47

Manchester City‑nin Premyer Liqada qalması xalların silinməsi səbəbindən riskdədir

Futbol
Bu gün, 18:41

“Kəpəz”in matçlarından sonra Gəncə stadionunun ətrafı işıqsız qalır - sakinlər narazıdır

Güləş
Bu gün, 18:37

Elmir Əliyev Dünya Çempionluğunu Əldən Vermə Səbəblərini İzah Edib

Futbol
Bu gün, 18:32

Vitinya Yamal Qızıl Top şanslarını dəyərləndirdi: PSJ‑nin qalib gəlməsi daha ədalətli olar

Digər
Bu gün, 18:18

Morteza Validarvi: Airbadminton komandamız qızıl medal qazanmaq potensialına malikdir

Futbol
Bu gün, 18:10

Fransadakı iğtişaşlar PSJ–Barselona matcını təhlükə altına saldı, amma rəsmi qərar oyunun təxirə salınmayacağını bildirdi

Qarabağ FK
Bu gün, 18:02

“Turan Tovuz”un keçmiş kapitanı Şəhriyar Əliyev çempionluq mübarizəsinin çətinliyini və komandaya dəstəyini açıqladı

Voleybol
Bu gün, 17:59

Turan Voleybol Klubunun prezidenti Zeynalov “Turan Tovuz”un son məğlubiyyəti, legioner oyunçuların çətinlikləri və qadın‑kişi voleybolu arasındakı fərqlər barədə danışdı

Güləş
Bu gün, 17:40

Rahilə Hüseynzadə Avropa U‑23 və gənclər çempionatında 2 gümüş, 1 bürünc medal qazandı

Futbol
Bu gün, 17:25

AC Milan Adrian Rabiot ilə yeni müqavilə danışıqları başladı;

Voleybol
Bu gün, 17:23

“Turan” voleybol klubunun növbəti Çempionlar Liqası oyunu Tovuzda keçiriləcək

Qarabağ FK
Bu gün, 17:20

U-15 milli komandamızın UEFA İnkişaf Turnirində qarşılaşacağı rəqiblər müəyyən oldu

Oxşar xəbərlər