top
Turan Voleybol Klubunun prezidenti Zeynalov “Turan Tovuz”un son məğlubiyyəti, legioner oyunçuların çətinlikləri və qadın‑kişi voleybolu arasındakı fərqlər barədə danışdı Idman.biz
Bu gün, 17:59
- ↺ +

Turan Voleybol Klubunun prezidenti Zeynalov “Turan Tovuz”un son məğlubiyyəti, legioner oyunçuların çətinlikləri və qadın‑kişi voleybolu arasındakı fərqlər barədə danışdı

Turan" Voleybol Klubunun prezidenti Həsən Zeynalov qadın və kişi voleybolu arasındakı fərqlərdən, "Turan Tovuz"un son məğlubiyyətindən və komandaya legioner oyunçuların cəlb olunması zamanı qarşılaşdıqları çətinliklərdən danışıb.

İdman.Biz-in Tovuza ezam olunmuş əməkdaşının məlumatına görə, Həsən Zeynalov bu fikirləri voleybol üzrə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunu öncəsi keçirilən mətbuat konfransında səsləndirib.

Klub prezidenti qadın voleybolunun daha baxımlı olduğunu düşündüyünü bildirib:

"Qadın voleybolu ilə kişi voleybolu arasında böyük fərq var. Kişi voleybolunda fiziki güc önəm daşıyır, qadın voleybolunda isə kombinasiyalar daha vacibdir. Buna görə də qadın voleybolu daha zərif və baxımlı görünür".

Klub rəhbəri "Turan"ın heyətinə legioner voleybolçuların cəlb olunması prosesinin də asan keçmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu zaman gözlənilməz çətinliklərlə qarşılaşıblar:

"Bəli, çətin oldu. Gözləmədiyimiz çətinliklərlə qarşılaşdıq. Onlara müəyyən vədlər vermişdik. Legionerlər Azərbaycana gələndə isə ölkəmizin möhtəşəm yer olduğunu gördülər".

Zeynalov "Turan"ın kapitanı Ayşən Abduləzimovanın Azərbaycan millisində jurnalistlərlə yaşadığı insidentə də münasibət bildirib. O, baş verənlərdən xəbərdar olduğunu və voleybolçu ilə bu barədə söhbət apardıqlarını qeyd edib:

"Belə anlaşılmazlıqlar hər yerdə yaşana bilər. Nəzərə almaq lazımdır ki, o, xanımdır və məsələnin üzərinə çox getmək düzgün deyil. Ayşənlə bu barədə danışmışıq. Söz verirəm ki, belə hal bir daha təkrarlanmayacaq. Sizdən də xahişim odur ki, bu məsələdə onun üzərinə çox getməyəsiniz".

"Turan Tovuz" futbol klubunun vitse-prezidenti vəzifəsini də icra edən Zeynalov İdarə Heyətinin sədri Ehtiram Quliyevi əvəzləyəcəyi barədə yayılan iddialara aydınlıq gətirib. Klub rəsmisi bu məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb:

"Məni bu vəzifəyə Ehtiram müəllim təyin edib. O, klubda fəaliyyətini davam etdirdiyi müddətdə mən də burada olacağam. Ehtiram müəllim nə vaxt ayrılsa, mən də onunla birlikdə gedəcəyəm. Bundan başqa, "Turan Tovuz"un bütün oyunlarını izləməyə çalışacağam".

Zeynalov komandanın son nəticələrinə də toxunaraq "Turan Tovuz"un qeyri-sabit çıxış etməsi barədə fikirlərlə razılaşmadığını bildirib. O, "İmişli"yə məğlubiyyətdən narazı qaldığını gizlətməyib:

"Dünən "İmişli"yə qarşı oyunun nəticəsi məni də qane etmədi. Bu qarşılaşmada məğlub olmamalı idik. Ancaq komandanın çıxışını yalnız bir oyunun nəticəsinə əsasən qiymətləndirmək düzgün deyil. İnanıram ki, vəziyyəti dəyişə biləcəyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:27

Ruben Amorim “Milan”ı tarixində üçüncü məşqçi etdi

Futbol
Bu gün, 20:23

Akim Zedadka: Evdə azarkeş dəstəyi önəmlidir, Çempionlar Liqasında asan oyun yoxdur

Digər
Bu gün, 20:08

Azərbaycan Taekvondo Milli Komandası Qəbələdə Təlim‑Məşq Toplanışını Davam etdirir

Futbol
Bu gün, 19:59

Sabah U-19 komandası 20 oktyabrda Borussia Dortmundla UEFA Gənclər Liqasının matçına çıxacaq

Futbol
Bu gün, 19:58

Sergen Yalçına Türkiyə millisinin baş məşqçiliyi təklifi

Futbol
Bu gün, 19:36

Luis Enrike Lamin Yamalını necə dayandırmağı izah etdi, Messi ilə müqayisəni də şərh etdi

Futbol
Bu gün, 19:33

Borussiya Dortmundun baş məşqçisi Niko Kovaç “Sabah”ı təhlil edib, qələbə hədəfləyir

Futbol
Bu gün, 19:27

Azərbaycan Birinci Liqası altıncı turun hakimi təyin edildi

Voleybol
Bu gün, 19:19

"Turan" voleybol komandası Avropada Çempionlar Liqasında tarix yazmaq istəyir

Minifutbol
Bu gün, 19:17

AFFA nümayəndəsi Ferrux Hüseynzadə UEFA təyinatı alıb

Futbol
Bu gün, 19:05

Borussiya Dortmund Bakı Olimpiya Stadionunda "Sabah" qarşısında son məşqini keçirdi - FOTO/VİDEO

Futbol
Bu gün, 19:02

Bornmut Aleks Skottun transfer qiymətinin Liverpool və Chelsea üçün artırılması

Futbol
Bu gün, 18:47

Manchester City‑nin Premyer Liqada qalması xalların silinməsi səbəbindən riskdədir

Futbol
Bu gün, 18:41

“Kəpəz”in matçlarından sonra Gəncə stadionunun ətrafı işıqsız qalır - sakinlər narazıdır

Güləş
Bu gün, 18:37

Elmir Əliyev Dünya Çempionluğunu Əldən Vermə Səbəblərini İzah Edib

Futbol
Bu gün, 18:32

Vitinya Yamal Qızıl Top şanslarını dəyərləndirdi: PSJ‑nin qalib gəlməsi daha ədalətli olar

Digər
Bu gün, 18:18

Morteza Validarvi: Airbadminton komandamız qızıl medal qazanmaq potensialına malikdir

Futbol
Bu gün, 18:10

Fransadakı iğtişaşlar PSJ–Barselona matcını təhlükə altına saldı, amma rəsmi qərar oyunun təxirə salınmayacağını bildirdi

Qarabağ FK
Bu gün, 18:02

“Turan Tovuz”un keçmiş kapitanı Şəhriyar Əliyev çempionluq mübarizəsinin çətinliyini və komandaya dəstəyini açıqladı

Güləş
Bu gün, 17:40

Rahilə Hüseynzadə Avropa U‑23 və gənclər çempionatında 2 gümüş, 1 bürünc medal qazandı

Futbol
Bu gün, 17:25

AC Milan Adrian Rabiot ilə yeni müqavilə danışıqları başladı;

Voleybol
Bu gün, 17:23

“Turan” voleybol klubunun növbəti Çempionlar Liqası oyunu Tovuzda keçiriləcək

Qarabağ FK
Bu gün, 17:20

U-15 milli komandamızın UEFA İnkişaf Turnirində qarşılaşacağı rəqiblər müəyyən oldu

Oxşar xəbərlər