top
Polina Rəhimova: DH Volleyi adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm Idman.biz
Bu gün, 15:04
- ↺ +

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Azərbaycan voleybolunun tanınmış simalarından olan, "DH Volley" klubunun kapitanı Polina Rəhimova komandanın CEV Çağırış Kubokundakı debüt oyunu barədə təəssüratlarını bölüşüb, Azərbaycana qayıdışının onun üçün necə keçdiyindən danışıb.

İdman.Biz-ə müsahibəsində voleybolçu CEV Çağırış Kubokunun 1/32 final mərhələsində Danimarkanın "Holte İF" klubu ilə qarşılaşmanın asan keçmədiyini bildirib. "DH Volley" bu oyunda 3:1 hesabı ilə qalib gəlib (25:14, 26:24, 22:25, 25:22).

"Çox maraqlı və atmosferli oyun oldu, amma bir qədər çətinlik çəkdik. Çünki başqa ölkədə idik və idman zalı soyuq idi. Danimarkada oynamaq xoşuma gəldi. Rəqibimiz təzyiq göstərərək bizi sındırmağa çalışırdı. Təəssüf ki, yol verməməli olduğumuz sadə səhvlər etdik. Yəqin ki, bu, həyəcan və müəyyən stresslə bağlı idi. Çünki ilk dəfə idi ki, xaricdə birlikdə oynayırdıq. Bununla belə, düşünürəm ki, yaxşı mübarizə apardıq və çətin vəziyyətdən çıxmağı bacardıq", - deyə Rəhimova bildirib.

Təcrübəli voleybolçu əlavə edib ki, bu qarşılaşma komandaya üzərində işləməli olduğu məqamları da göstərib. "DH Volley" buraxdığı səhvləri aradan qaldırmağı, güclü tərəflərini daha da inkişaf etdirməyi və çatışmazlıqlarını düzəltməyi hədəfləyir.

"Biz müsbət məqamlara diqqət yetirir və komandanı daha da təkmilləşdirməyə çalışırıq. Ən əsası, qələbə qazandıq və bizim üçün çox vacib olan üç xalı əldə etdik. Bakıda, öz meydanımızda oynamaq bizim üçün daha asan olacaq. Əminəm ki, düzgün yoldayıq", – deyə kapitan vurğulayıb.

Rəhimovanın sözlərinə görə, komandanın həm CEV Çağırış Kubokunda, həm də Azərbaycan çempionatında böyük hədəfləri var.

"Düşünürəm ki, hər bir komanda qarşısına ən yüksək məqsədlər qoymalıdır. Əks halda, komanda yaratmağın və bu idman növü ilə məşğul olmağın nə mənası var? Qarşımıza böyük hədəflər qoymuşuq və mümkün olan bütün titulları qazanmaq istəyirik. Əlbəttə, reallığı da nəzərə alırıq və Çağırış Kubokunda mübarizənin asan olmayacağını anlayırıq. Buna baxmayaraq, mümkün qədər irəli getməyə çalışacağıq. Azərbaycan çempionatında isə məqsədimiz çempion olmaqdır", - deyə voleybolçu bildirib.

Polina Rəhimova cari mövsüm üçün şəxsi hədəflərindən də danışıb. O, çempionat başa çatdıqdan sonra oyunçu karyerasını bitirməyi planlaşdırır və bunu çempionluqla başa vurmaq istəyir.

"Karyeramı Azərbaycan çempionatının qızıl medalı ilə başa vurmaq istəyirəm. Niyə də ən yaxşı hücumçu, diaqonal hücumçu və ya bombardir mükafatını da qazanmayım? Düşünürəm ki, bunların hamısı mümkündür. Özünə inanmaq, üzərində çalışmaq və gənclər üçün nümunə olmaq lazımdır. Bu da az əhəmiyyət daşımır", - deyə idmançı vurğulayıb.

Polina Rəhimova Azərbaycanda klub voleyboluna qayıtmaqla bağlı təəssüratlarını da bölüşüb.

"Əvvəllər Azərbaycanda oynayanda çempionatın səviyyəsi xeyli yüksək idi. Təəssüf ki, hazırda liqanın səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Bununla belə, əminəm ki, federasiya rəhbərliyi çempionatı gücləndirmək, ölkədə voleybolu ümumilikdə inkişaf etdirmək və onu, belə demək mümkündürsə, feniks kimi yenidən dirçəltmək üçün əlindən gələni edir.

Voleybolun səviyyəsini yüksəltmək lazımdır. Meydanda eyni vaxtda iki azərbaycanlı voleybolçunun olmasını tələb edən qaydanı çox müsbət qarşılayıram. Hesab edirəm ki, bu, milli komandamızın gələcək inkişafı baxımından vacib şərtdir", – deyə Rəhimova qeyd edib.

Sonda təcrübəli voleybolçu karyerasının son mövsümündə məhz "DH Volley" klubunu seçməsinin səbəbini açıqlayıb.

"Bu barədə agentimlə danışdım. O, Azərbaycandakı bir neçə klubla əlaqə saxladı. Mən isə ən müsbət və sevindirici cavab verən klubu seçdim. Özümə hörmət edirəm. Buna görə də klub prezidentinin məni komandasında görmək istəməsi, Azərbaycana qayıtmağıma sevinməsi, adıma və xidmətlərimə hörmətlə yanaşması mənim üçün vacib idi. Məhz buna görə bu komandanı seçdim. Hər şeyi olduğu kimi, səmimi və açıq şəkildə deyirəm. Ümid edirəm ki, kluba böyük fayda verəcəyəm", – deyə voleybolçu bildirib.

Qeyd edək ki, Azərbaycan voleybolunun ən tanınmış oyunçularından biri olan Polina Rəhimova bu il milli komandadakı karyerasını başa vurub. O, yığmanın heyətində sonuncu dəfə Avropa çempionatında çıxış edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Tennis
Bu gün, 15:55

17 yaşlı Slovak tennisçi Mia Poqankova Tokioda Naomi Osakayı məğlub etdi

Digər
Bu gün, 15:48

Elnur Məmmədov: 'Oceanman Azərbaycan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Qarabağ FK
Bu gün, 15:34

"Qarabağ"ın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir

Futbol
Bu gün, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir;

Minifutbol
Bu gün, 15:25

Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq

Futbol
Bu gün, 15:20

Antonio Cabrini: Hakan Çalhanoğlu üçün Juventus müqaviləsini uzatmaq vacibdir

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Digər
Bu gün, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:40

UEFA 30,000 avro ilə Finlandiya Futbol Assosiasiyasını cərimələyib

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Aİ analiz
Bu gün, 13:16

Bill Qeyts süni intellektin idmanı əvəz edə bilməyəcəyini vurğuladı

Boks
Bu gün, 13:03

Məktəbli boksçu, jurnalistlərlə qarşıdurmada iştirak edib

Oxşar xəbərlər