II Liqada dördüncü mövsümünü keçirən "Şəmkir"in rəhbərliyində ayrılıq baş verib.
Bu ilin əvvəlində prezident postuna əyləşən Adil Əliyev vəzifəsindən ayrılıb.
Əlbəttə, səbəbsiz yerə yox. Onun gözləntiləri doğrulmayıb - Şəmkirin futbol ictimaiyyəti və iş adamlarından istədiyi dəstəyi ala bilməyib.
Yerli publika rayonun adını daşıyan kluba maddi-mənəvi dəstək verməyiblər. Əli hər yerdən üzülən Əliyev "ağ-qırmızılar"ı təkbaşına maliyyələşdirə bilməyəcəyini görərək, kənara çəkilib.
Fəaliyyəti uzun sürməyən prezidenti kimin əvəzləyəcəyi də hələ sual altındadır.
Ümumiyyətlə, "Şəmkir"ə yaxın duran yoxdur. Yayda 150 min manata satışa çıxarılan kluba real müştəri tapılmayıb.
Qərb təmsilçisi cari çempionatı doğma rayondan keçirir. Böyük miqdarda borcu olan əyalət komandası rəqiblərini Şamaxı Olimpiya Kompleksində qəbul edir.
Bu, nəticələrə də mənfi təsirini göstərməkdədir.
Fərid Məmmədovun çalışdırdığı kollektiv 11 tura cəmi 10 xal toplayıb. "Şəmkir" qeydə alınan göstərici ilə turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ