top
Azərreyl ölkə çempionluğunu qorumaq üçün mübarizə aparacaq – Maryoleyn Oskamın Açıqlaması Idman.biz
20 mart 2026, 14:59
- ↺ +

"Azərreyl" ölkə çempionluğunu qorumaq üçün mübarizə aparacaq – Maryoleyn Oskamın Açıqlaması

"Gənclər"ə qarşı oyun bizə pley-off mərhələsi ərəfəsində daha çox inam qazandırdı".

Bu sözləri İdman.Biz-ə açıqlamasında "Azərreyl"in niderlandlı blokçusu Maryoleyn Oskam Azərbaycan voleybol üzrə Yüksək Liqasının müntəzəm mövsümünün son turunda "Gənclər" üzərində 3:0 hesablı qələbədən sonra deyib.

Oskamın sözlərinə görə, bu mövsüm "Azərreyl" üçün asan keçməyib: "Bir çox çətinliklərlə üzləşdik, amma pley-offa yaxşı formada çatmaq üçün çalışmaqda davam edirik. Düşünürəm ki, mümkün olduğu qədər hazırıq".

Voleybolçu komandanın böyük ambisiyalarının olduğunu vurğulayıb və xatırladıb ki, "Azərreyl" ölkə çempionudur: "Bu titulu qorumaq istəyirik. Amma anlayırıq ki, bir neçə çox güclü rəqib var. Pley-offa çıxarkən bunun çətin olacağını bilirik, lakin medallar uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik".

O, həmçinin bildirib ki, şəxsi oyunu hər dəfə daha da yaxşılaşır. Bu inkişafda mərkəz hücumçularla əməkdaşlıq mühüm rol oynayıb və nəticədə yaxşı qarşılıqlı anlaşma formalaşıb. Voleybolçu pley-offda da eyni tempdə davam etməyi planlaşdırır.

"Heyətdə bəzi dəyişikliklər oldu, amma ümumilikdə komandamız əladır, məşqçilər korpusu çox güclüdür və aramızda əla anlaşma var. Oyunçular arasında heç bir problem yoxdur. Məşqlərdə hər zaman əylənirik və düşünürəm ki, bu, meydanda da özünü göstərir", – deyə o əlavə edib.

Maryoleyn Oskam ABŞ və Avropanın müxtəlif ölkələrində çıxış edərək böyük beynəlxalq təcrübə qazanıb. Onun sözlərinə görə, Azərbaycan liqası əvvəl oynadığı çempionatlardan matç və komanda sayının az olması ilə fərqlənir. Bununla yanaşı, o, yerli çempionatın müsbət cəhətlərini də qeyd edib.

"Məni xüsusilə maraqlandıran məqam komandaların tərkibində çoxlu təcrübəli oyunçuların olmasıdır. Onların uzun illərdir oynadıqları hiss olunur və bu, səviyyələrində öz əksini tapır. Bu, şübhəsiz ki, böyük üstünlükdür" – müsahibimiz qeyd edib.

Bundan əlavə, o, liqadakı xüsusi ab-havanı da vurğulayıb: "Çox xoşuma gəlir ki, oyunların əksəriyyəti Bakıda keçirilir. Demək olar ki, bütün komandalar burada yerləşir və biz özümüzü böyük bir voleybol ailəsi kimi hiss edirik. Bu, əvvəllər qarşılaşdığım hər şeydən fərqlənir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Oxşar xəbərlər