Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub.
İdman.Biz xəbər verir ki, qadınlardan ibarət "Turan" komandası Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" kollektivi ilə qarşılaşacaq.
İlk görüş 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə baş tutacaq.
Kişilərdən ibarət "Xilasedici" klubu Çempionlar Liqasında Portuqaliya təmsilçisi "Sportinq"lə görüşəcək. İlk matçlar 2-5, cavab qarşılaşmaları 10-12 noyabrda gerçəkləşəcək.
Qadınlardan ibarət "DH Volley" komandası Çağırış Kubokunun 1/32 finalında "Holte" (Danimarka) ilə üz-üzə gələcək. İlk oyun 27-29 oktyabrda evdə, cavab oyunu 3-5 noyabrda səfərdə keçiriləcək.
Kişilər arasında Çağırış Kubokunda "Ordu" uğur qazanmağa çalışacaq. Komandanın rəqibi Norveçin "Ferde" klubu olacaq. "Hərbçilər" ilk görüşü 10-12 noyabrda evdə, cavab matçını 17-19 noyabrda səfərdə keçiriləcək.