top
Şahmat Olimpiadasına hazırlığı müzakirə olunub İdman.biz
02 sentyabr 2024, 18:26
- ↺ +

Şahmat Olimpiadasına hazırlığı müzakirə olunub

Sentyabrın 2-də Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İdman.biz xəbər verir ki, toplantıda kişi və qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının Şahmat Olimpiadasına hazırlığı müzakirə olunub.

İclasda AŞF-nin prezidenti Mahir Məmmədov, I Vitse-prezident Faiq Həsənov, baş katib İlahə Qədimova, İcraiyyə Komitəsinin üzvləri və federasiyanın nümayəndələri iştirak edib. Mahir Məmmədov çıxışında kişi və qadın şahmatçılardan ibarət milli komandaların Budapeştdəki Ümumdünya Şahmat Olimpiadasına hazırlığı barədə məlumat verib. Hər iki komandanın Macarıstandakı mötəbər yarışa hazırlaşması üçün lazımi şəraitin yaradıldığı vurğulanıb. Bildirilib ki, qadın şahmatçılardan ibarət milli son məşqləri İsmayıllının Basqal kəndində keçirir.

İclas zamanı 2025-ci ildə təşkil olunacaq kişi və qadınlar arasında Azərbaycan çempionatının təqdimatı nümayiş etdirilib, 2025-ci ildə keçiriləcək yerli turnirlərin təqvim planı müzakirə edilib. Görüşdə gələn ilin təqvim planının qısa zamanda təsdiqlənməsi barədə federasiyanın katibliyinə tapşırıq verilib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 10-23 sentyabr tarixlərində Macarıstanda keçiriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Aİ analiz
Bu gün, 13:16

Bill Qeyts süni intellektin idmanı əvəz edə bilməyəcəyini vurğuladı

Boks
Bu gün, 13:03

Məktəbli boksçu, jurnalistlərlə qarşıdurmada iştirak edib

Futbol
Bu gün, 12:59

Aydin Bayramov: Zire çətin dövrdədir, itkilər və sərt rəqiblərlə mübarizə aparır

Futbol
Bu gün, 12:44

Maldini, Totti, Giggz və Puyol: Karyeralarını bir klubda keçirmiş futbol tarixinin sadiq simaları

Futbol
Bu gün, 12:20

PSJ, 120 milyon avroluq hücumçusu Dezire Due ilə müqaviləni uzatmaq üçün danışıqları davam etdirir

Qarabağ FK
Bu gün, 12:00

Aftandil Hacıyev: “Rəqibdən geri qalmadıq, sabah matçına inamla gedirik”

Olimpiada
Bu gün, 11:56

İki Azərbaycanlı taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarışacaq

Futbol
Bu gün, 11:48

Real Madrid kiskapçısı Tibo Kurtua 'El Clasico'da iştirak etməyən sağlamlıq vəziyyəti barədə danışdı

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:43

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Basketbol
Bu gün, 10:38

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Oxşar xəbərlər