top
Arda Turana Çempionlar Liqası öncəsi şok Idman.biz
Bu gün, 06:15
- ↺ +

Arda Turana Çempionlar Liqası öncəsi şok

Ukraynanın "Şaxtyor" futbol komandası UEFA Çempionlar Liqasının beşinci turunda "Fənərbağça" ilə keçirəcəyi qarşılaşma ərəfəsində gözlənilməz problemlə üzləşib. Donetsk təmsilçisinin səkkiz futbolçusu Polşa sərhədində saxlanıldığı üçün komanda ilə birlikdə Londona yollana bilməyib.

İdman.Biz xəbər verir ki, Arda Turanın rəhbərlik etdiyi komanda noyabrın 25-də keçiriləcək matça hazırlıq məqsədilə Ukraynanın Lvov şəhərindən Polşaya yola düşüb.

Lakin sərhəddə gözlənilməz vəziyyət yaranıb. Polşa polisi sistemlərində texniki nasazlıq olduğunu əsas gətirərək baş məşqçi, məşqçilər korpusu və səkkiz futbolçunun olduğu üç avtomobilin ölkəyə girişinə icazə verməyib.

Üç saat davam edən gözləmədən sonra Arda Turan və məşqçilər korpusu sərhədi keçə biliblər. Futbolçuların isə Polşaya daxil olmasına icazə verilməyib.

Nəticədə səkkiz oyunçu komandanın Londona uçan təyyarəsinə çata bilməyib və gecəni sərhəddə keçirmək məcburiyyətində qalıb.

Hadisə türkiyəli mütəxəssisin hazırlıq planlarına da təsir göstərib. Arda Turan yaranmış vəziyyətə görə məşq proqramını və komandanın toplanış planını dəyişib.

Məlumata əsasən, sərhəddə qalan futbolçuların komandanın digər üzvlərindən ayrı şəkildə Londona çatması gözlənilir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən "Şaxtyor" beynəlxalq oyunlar üçün mürəkkəb səfər marşrutundan istifadə edir. Komanda əvvəlcə Lvovdan Polşaya avtomobillə gedir, daha sonra təyyarə ilə Londona uçur.

Polşa sərhədindəki gözləmələr nəzərə alınmaqla avtomobil səfəri təxminən yeddi saat, ümumi yolçuluq isə 12 saat çəkir.

"Şaxtyor" 2026/2027 mövsümündə Çempionlar Liqasındakı ev oyunlarını Londondakı "Stemford Bric" stadionunda keçirir.

Xatırladaq ki, "Şaxtyor" - "Fənərbağça" qarşılaşması noyabrın 25-də baş tutacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:31

Roy Kin “Mançester Yunayted”ə qəzəbləndi: “Söyüş söymək istəyirəm”

Basketbol
Bu gün, 04:20

ABL-də Neftçi Naxçıvanı 104:84 hesabı ilə məğlub etdi, LANDAU Lions isə Orduyu 97:80 hesabı ilə yenib

Futbol
Bu gün, 04:20

Okan Burukun etiraz etdiyi almaniyalı hakim Zibert yenidən Qalatasarayın oyununa təyin olunub

Futbol
Bu gün, 04:12

Liverpul

Gimnastika
Bu gün, 04:00

Sağlamlıq problemləri səbəbindən Rotterdamda finala qadaq

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:30

“Azərbaycan klubuna bu qədər asan qalib gələcəyimizi gözləmirdik”

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Futbol
Bu gün, 03:10

Bakıda futbol oynayarkən 74 yaşlı kişi infarktdan vəfat edib

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:50

"Şamaxı"nın mərakeşli yarımmüdafiəçisi Ayman Buali: "Bu səhvimizi düzəltmək istəyirik"

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Qarabağ FK
Bu gün, 01:10

Kəpəz – Qarabağ 0:0 nəticəylə qarşılaşdı

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Futbol
Bu gün, 00:50

Neftçi Araz-Naxçıvanı 3:1 hesabı iləilər məğlub edərək liderliyə qayıtdı

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Oxşar xəbərlər