top
Şahmat Federasiyası: “Milli komanda dəyərlərinə hörmət etmək əsas götürülür” İdman.biz
11 iyul 2024, 12:24
- ↺ +

Şahmat Federasiyası: “Milli komanda dəyərlərinə hörmət etmək əsas götürülür”

Azərbaycan Şahmat Federasiyası Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək milli komandaların formalaşmasında əsas şərtləri açıqlayıb.

İdman.biz xəbər verir ki, sentyabrda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan həm kişi, həm də qadınlardan ibarət komandalarla təmsil olunacaq.

Bildirilib ki, bu yarış şahmat dünyasının ən nüfuzlu yarışlarından sayılır və burada iştirak edəcək komandanın formalaşmasında bir sıra kriteriyalar nəzərdən keçirilir: "Azərbaycan Şahmat Federasiyası hər bir şahmatçının yarışlarda iştirakını diqqətdə saxlayır, lazım olan köməkliyi əsirgəmir. İlbəil Azərbaycan çempionatının mükafat fondunu artırmaqla milliyə namizədlərin hamısının yarışda iştirakını təmin etməyə çalışır. Milli komandanın heyəti şahmatçıların cari il ərzində daxili və beynəlxalq turnirlərdə, o cümlədən yerli yarışlar arasında ən önəmli sayılan – Azərbaycan çempionatında iştirakı, şahmatçının oyun hazırlığı, federasiyanın təşkil etdiyi məşqlərə qatılması, milli komanda dəyərlərinə hörmət etmək kimi prinsiplər əsas götürülür. Milliyə dəvət alan şahmatçı komandadaxili münasibətlərin və işgüzar ab-havanın möhkəmlənməsində iştirak etməli, komanda ruhuna sadiq olmalı və ümumi məqsədi şəxsi prinsipindən üstün saymalıdır. Millinin formalaşmasında şahmatçının FIDE reytinqi nəzərə alınır, lakin bu amil həlledici rol oynamır".

Qeyd olunub ki, milli komandaya namizədlər Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvləriylə müzakirə edilir və yekun qərar qəbul olunur: "Cari il kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunub. Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Milli komandanın heyəti formalaşarkən hər bir heyət üçün bir ehtiyat şahmatçı seçilib. Kişi və qadın şahmatçılardan ibarət komandalarda müvafiq olaraq, Vasif Durarbəyli və Ayan Allahverdiyeva ehtiyat iştirakçı kimi siyahıya əlavə edilib. Yığmanın əsas üzvləriylə yanaşı, adı qeyd olunan şahmatçılar da Azərbaycan Şahmat Federasiyası tərəfindən təqaüd proqramına daxil edilib".

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:40

UEFA 30,000 avro ilə Finlandiya Futbol Assosiasiyasını cərimələyib

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Aİ analiz
Bu gün, 13:16

Bill Qeyts süni intellektin idmanı əvəz edə bilməyəcəyini vurğuladı

Boks
Bu gün, 13:03

Məktəbli boksçu, jurnalistlərlə qarşıdurmada iştirak edib

Futbol
Bu gün, 12:59

Aydin Bayramov: Zire çətin dövrdədir, itkilər və sərt rəqiblərlə mübarizə aparır

Futbol
Bu gün, 12:44

Maldini, Totti, Giggz və Puyol: Karyeralarını bir klubda keçirmiş futbol tarixinin sadiq simaları

Futbol
Bu gün, 12:20

PSJ, 120 milyon avroluq hücumçusu Dezire Due ilə müqaviləni uzatmaq üçün danışıqları davam etdirir

Qarabağ FK
Bu gün, 12:00

Aftandil Hacıyev: “Rəqibdən geri qalmadıq, sabah matçına inamla gedirik”

Olimpiada
Bu gün, 11:56

İki Azərbaycanlı taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarışacaq

Futbol
Bu gün, 11:48

Real Madrid kiskapçısı Tibo Kurtua 'El Clasico'da iştirak etməyən sağlamlıq vəziyyəti barədə danışdı

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Oxşar xəbərlər