“Atletiko”nun baş məşqçisi Diego Simeone İspaniya La Liqasında qələbə sayına görə yeni rekord qırıb.
QOL.az xəbər verir ki, argentinalı mütəxəssis buna ölkə çempionatının 13‑cü turunda “Xetafe” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra nail olub.
Madrid klubunun rəsmi saytının məlumatına görə, bu, Simeonenin La Liqada baş məşqçi kimi 345‑ci qələbəsi olub (567 matçda).
O, bununla da Luis Araqonesin rekordunu yeniləyib. Araqones 756 matçda 344 qələbə qazanmışdı.
Simeonenin La Liqadakı ümumi göstəricilərində 123 heç-heçə və 99 məğlubiyyət də var.
Qeyd edək ki, 2011‑ci ildən “Atletiko”nu çalışdıran 56 yaşlı mütəxəssis İspaniyada yalnız bu komandaya rəhbərlik edib.
“Atletiko” cari mövsüm La Liqada keçirdiyi 13 oyunda 31 xal toplayıb və turnir cədvəlində 3‑cü yerdə qərarlaşıb.