top
Rauf Məmmədovun Çempionların savaşındakı rəqib dəyişikliyinə REAKSİYASI Idman.biz
23 aprel 2025, 17:47
- +

Rauf Məmmədovun "Çempionların savaşı"ndakı rəqib dəyişikliyinə REAKSİYASI

Azərbaycanlı qrossmeyster Rauf Məmmədov Bakıda keçiriləcək "Çempionların savaşı" turnirində rəqibinin dəyişməsinə münasibət bildirib.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a açıqlamasında şahmatçı məsələyə aydınlıq gətirib.

O, səhhəti ilə əlaqədar turnirə qoşulmayacağı müəyyənləşən hindistanlı dünya çempionu Vişvanatan Anandın əvəzinə qarşılaşacağı özbəkistanlı Rüstəm Kasımcanovla maraqlı oyun keçəcəyini bildirib: "Düzünü desəm, Anandla mübarizə üçün hazırlığa başlamışdım. Amma Rüstəm də böyük şahmatçıdır və dünya çempionudur. O, ən çox sevdiyim qrossmeyster Maykl Adamsı məğlub edərək dünya çempionu olub. Mübarizə aparmağa çalışacağam. Məni maraqlı oyun gözləyir"

Məmmədov rəqibinin son vaxtlar dünyanın ən yaxşı müəllimi sayıldığını vurğulayıb: "Bir dəfə klassik şahmatda Rüstəmlə heç-heçə oynamışıq. Blits və rapid növlərində də görüşlərimiz olub. Şuşada ona qalib gəlmişdim. Anandla Rüstəmi müqayisə etmək bir az çətindir. Onu deyə bilərəm ki, Rüstəmin açılışları çox güclüdür. Son vaxtlar dünyanın ən yaxşı müəllimi sayılır. Ümumiyyətlə, həm Kasımcanov, həm də Anand Fabiano Karuana ilə işləyiblər. Çox güclüdürlər. Amma Maqnus Karlsendən sonra. Hamı ilə mübarizə aparmaq mümkündür. Lakin Maqnusla oynamaq çox çətindir. O, sadəcə, inanılmazdır".

Qeyd edək ki, "Çempionların savaşı" turniri aprelin 27-dən 30-dək Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq. Digər görüşdə Azərbaycan çempionu Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə münasibətləri aydınlaşdıracaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 09:13

Azərbaycanın U-16 qızlardan ibarət basketbol millisi Avropa Çempionatına hazırlaşır

Futbol
Bu gün, 08:25

PSJ “Parma” ilə Dzion Suzukinin transferi barədə razılığa yaxındır

Futbol
Bu gün, 08:20

Lionel Messiyə qarşı sui-qəsd planlaşdırılıb

Futbol
Bu gün, 08:00

Trabzonspor Darvin Nunyesi transfer edə bilər

Futbol
Bu gün, 07:35

Endrik uğrunda „Roma“ ilə „Aston Villa“ın mübarizəsi

Futbol
Bu gün, 06:27

Markus Reşford “Barselona”ya qayıda bilər

Digər
Bu gün, 04:33

Həbib Nurməhəmmədov: Makqreqoru niyə cavab vermədim?

Futbol
Bu gün, 04:11

“Barselona” Rodri üçün yeni təklif hazırlayır

Formula 1
Bu gün, 03:15

McLaren rəhbəri yeni F1 qaydalarını tənqid edib

Digər
Bu gün, 02:05

Həbib Nurməhəmmədov öz qəhrəmanlarını açıqladı: Ronaldo və Məhəmməd Əli

Futbol
Bu gün, 01:34

„Qalatasaray“ 10 nömrəsi üçün iki namizədi mövcuddur

Futbol
Bu gün, 01:19

Lionel Messi atası Xorxe Messinin dəfn mərasimində

Futbol
Bu gün, 01:06

Trevo Çaloba “Komo”ya transfer olub

Futbol
Bu gün, 01:02

Toral Bayramov „Bursaspor“da ilk rəsmi oyununa çıxdı

Futbol
Bu gün, 00:55

Reşford “Mançester Yunayted”də 14 nömrə ilə qala bilər

Futbol
Bu gün, 00:43

65 metrdən qol: Diyan Vukoyeviçin möhtəşəm zərbəsi

Futbol
Bu gün, 00:32

“Barselona” Ronald Arauxonun əvəzinə Laportaya diqqət yetirir

Cüdo
Bu gün, 00:21

İslam Mahaçev: peşəkar karyerasının başlanğıcında üzləşdiyi ağır şəraitdən danışdı

Futbol
Bu gün, 00:07

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov “Petrolul”un qələbəsində iştirak etdi

Qarabağ FK
Dünən, 23:41

"Dinamo" Kiyev 90+2-ci dəqiqədə penalti sayəsində qələbə qazandı

Futbol
Dünən, 23:31

Nahuel Molina “Roma”ya keçir

Qarabağ FK
Dünən, 23:29

Qarabağ Dinamo ilə matça hazırlıq

Futbol
Dünən, 22:52

"Orhus"un təqvimində "Sabah"a görə dəyişiklik

Futbol
Dünən, 22:49

Luka Din PSJ-yə qayıtdı

Oxşar xəbərlər