top
Endrik uğrunda „Roma“ ilə „Aston Villa“ın mübarizəsi Idman.biz
10 avqust 2026, 07:35
- ↺ +

Endrik uğrunda „Roma“ ilə „Aston Villa“ın mübarizəsi

İspaniyanın "Real" futbol komandasının hücumçusu Endrikin gələcəyi ilə bağlı yeni variant ortaya çıxıb.

İdman.Biz "Diario AS"a istinadən xəbər verir ki, 19 yaşlı braziliyalı futbolçunun icarəsi üçün "Roma" ilə yanaşı, İngiltərənin "Aston Villa" komandası da mübarizəyə qoşulub. Hər iki klub Endrikin daha çox oyun praktikası qazanmaq istəyi və Avropa kuboklarında çıxış etmək tələblərinə uyğun variant hesab olunur.

"Roma" bir müddətdir Endrikin transferi üzərində işləyir və futbolçu üçün əlverişli variantlardan biri sayılır. Bununla belə, "Aston Villa"nın marağı İtaliya klubunun işini çətinləşdirə bilər. "Real" da gənc hücumçunun inkişafını davam etdirməsi üçün növbəti icarəyə müsbət yanaşır.

Endrikin Madrid klubundakı mövqeyi də onun mümkün gedişini sürətləndirir. Joze Mourinyo futbolçuya əsas heyətdə rolunun məhdud olacağını bildirib. Hücum xəttində Kilian Mbappe və Karlos Espi kimi futbolçuların mövcudluğu braziliyalının daimi oyun vaxtı almasını çətinləşdirir.

"Real" Endriki 2024-cü ildə "Palmeyras"dan ilkin olaraq 35 milyon avroya (təxminən 68,6 milyon AZN) transfer edib. Müqavilədə əlavə 25 milyon avroya (təxminən 49 milyon AZN) qədər bonuslar da nəzərdə tutulub.

Mənbənin məlumatına görə, Endrikin illik maaşı beş milyon avrodan (təxminən 9,8 milyon AZN) çoxdur. İcarə baş tutacağı halda, "Real" bu məbləğin bir hissəsini ödəməyə hazır ola bilər ki, bu da "Roma" və ya "Aston Villa" üçün maliyyə yükünü azaldar.

Qeyd edək ki, Endrik ötən mövsümün ikinci yarısını icarə əsasında "Lion"da keçirib. O, Fransa klubunda 21 oyunda səkkiz qol vurub və yeddi məhsuldar ötürmə edib. Uğurlu çıxışı braziliyalının yenidən "Real"a qayıtmasına imkan versə də, hazırkı rəqabət onun növbəti dəfə icarəyə göndərilməsi ehtimalını artırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 16:59

Rafael Nadal ‘Real Madrid’ idarə heyətində

Futbol
Bu gün, 16:54

Kurban Berdiyev: 2-0 Qələbə, Uşaqlar Qızıl Kart Sonrası Xarakter Göstərdilər

Digər
Bu gün, 16:46

Azərbaycanda başına gələnləri 20 ildən sonra “Sportinfo”ya danışdı - MÜSAHİBƏ

Futbol
Bu gün, 16:45

Peres noyabrın 21-də klub üzvləri toplantısında "Barselona"ya qarşı sərt çıxış edəcək

Digər
Bu gün, 16:40

AFFA qərar verdi, Azərbaycanda yeni liqa yaradıldı

Digər
Bu gün, 16:39

Arteta Poçettinoya uğurlar arzuladı: “O, mənim üçün nümunədir”

Digər
Bu gün, 16:25

“Real” satılacaq, ya yox?

Digər
Bu gün, 16:23

Yevlaxda “Zəfər nəsli” festivalında idman və əyləncə bir arada - FOTO

Qarabağ FK
Bu gün, 16:20

Azərbaycanın 3 klub Avropanın ən etibarlı ilk “50-liy”ində

Futbol
Bu gün, 16:05

"Turan Tovuz" - "Şamaxı" matçında Joarlem Santos zədələnib

Futbol
Bu gün, 16:05

Zəngəzur UEFA Regionlar Kubokunda 12 topla məğlub oldu

Futbol
Bu gün, 16:00

Yeni prezident və dostu mükafatları 15 min manata çatdırdı

Futbol
Bu gün, 15:59

Harri Keynin Sol Ayaq Zədəsi Həzzindən Əlvida: 2026 Sonu Ən Böyük Rəqibə Sərbəst

Futbol
Bu gün, 15:40

Arda Gülərin Real Madridlə yeni müqaviləsi ilə maaşı iki dəfə artdı

Digər
Bu gün, 15:36

Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər

Digər
Bu gün, 15:20

Ronaldo 1000-ə bir addım da yaxınlaşdı, sevinə bilmədi - VİDEO

Digər
Bu gün, 15:19

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə oğlunu unutmadı - VİDEO

Digər
Bu gün, 15:18

İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı

Futbol
Bu gün, 15:10

"Spartak" "Beşiktaş"ın yarımmüdafiəçisi O Hyon Kyunu almaq istəyir, "Beşiktaş" 30 milyon avrodan aşağı satmaq niyyətində deyil

Futbol
Bu gün, 15:00

Bavariyanın hücumçusu Harri Keyn sol topuq nahiyəsindən uğurla əməliyyat olunub

Futbol
Bu gün, 15:00

Sumqayıtın braziliyalı yarımmüdafiəçisinin şübhəli hərəkəti

Digər
Bu gün, 14:54

Gökhan Töre həyat yoldaşına silahla hədələmə ittihamlarını qəti şəkildə rədd edib

Digər
Bu gün, 14:50

“Sabah”la oyun ərəfəsində QALMAQAL: Rafinya cavab verəcək

Digər
Bu gün, 14:39

Ronald Arauxo “Liverpul”un 55 milyon avroluq təklifindən danışdı

Oxşar xəbərlər