top
Mahir Məmmədov: Nəsildəyişmə 5-6 il çəkəcək Sport24.az
26 sentyabr 2024, 19:04
- ↺ +

Mahir Məmmədov: "Nəsildəyişmə 5-6 il çəkəcək"

Bu gün Vüqar Həşimovun sayca 10-cu xatirə turniri start götürdü. İlk tura start verildikdən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Sport24.az-ın Şuşaya ezam olunmuş əməkdaşının suallarını cavablandırdı.

 

- Bu gün ölkəmizin mədəniyyət mərkəzi olan Şuşada sayca 10-cu Vüqar Həşimov memorialı başladı. Bilirsiz ki, bu turnirin özəl və şanlı tarixi var. FİDE-nin və Azərbaycan Şahmat Federasiyasının təqvimində yer almış bir yarışmadı. Dünya şahmatçıları bu yarışı gözləyirlər və hər dəfə olduğu kimi, bu dəfə də dünyanın ən güclü zəka sahibləri Şuşaya gəliblər. Bizim lider şahmatçılarımız, Olimpiadadan yeni qayıdan Şəhriyar Məmmədyarovla Rauf Məmmədov da turnirdə iştirak edir. Olimpiya çempionu, dünyanın ən güclü şahmatçılarından biri olan Nodirbek Abdusattorov, 2 dəfə dünya ikincisi Yan Nepomnyaşi, Riçard Rapport kimi şahmat ustalarının da adını çəkərdim. Siyahını bir qədər də uzatmaq olar. Yubiley turnirində çox güclü şahmatçılar mübarizə aparacaq. İnanıram ki, bu dəfə də maraqlı partiyalar görəcəyik və güclü qalib gələcək.

 

- Bu yaxınlarda başa çatan Şahmat Olimpiadası ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Şahmat Olimpiadası komandalar arasında keçirilən ən mötəbər və ən çətin yarışdı. 20 il öncə Olimpiada 14 turu əhatə edirdi. Həddən artıq uzun bir yarış idi. Sonradan Olimpiadanın 11 tur olması ilə bağlı qərar verildi. Əvvəlki illərlə müqayisə eləsək, öncə 4+2 şahmatçı ilə çıxış etməyə icazə verilirdi: hər komandada 2 ehtiyat oyunçu olurdu. Yəni hər turda iki şahmatçı dincələ bilirdi. İndi isə +1-in şahidiyik. Bu da hər bir şahmatçının daha məsuliyyətli olması deməkdi. Azərbaycan şahmat yığması dünyanın aparıcı komandalarından biri olduğunu və Olimpiadada uğurlu nəticəmizin olmadığını nəzərə alsaq, bu dəfə gözləntilər daha çox idi. Bu yerdə onu da qeyd edim ki, dünyanın şahmat coğrafiyasında vəziyyət kəskin sürətdə dəyişir. Güclü komandalar ortaya çıxıb. Hindistan yığma komandaları aşkar dominantlıq edirlər. Çin həddən artıq güclənib. Rusiyanın yarışlara qatılmamağına baxmayaraq, onların olmaması hiss olunmur. Rusların bir çox şahmatçıları digər ölkələrə üz tutublar. Kişilər arasında ABŞ yığması Olimpiadaya çox güclü heyətlə gəlmişdi. Reytinq xalı 2700-dən aşağı olan şahmatçıları yox idi. Qadın yığmaları arasında Ukraynanı, Gürcüstanı, Polşanı göstərmək olar. Qazaxıstan komandası da çox güclü idi ki, bu da şahmatın coğrafiyasının genişlənməsini göstərir. Rəqabət həddən artıq ağırlaşıb. Əlbəttə, istəyirik Avropa çempionatında olduğu kimi Olimpiadalarda da uğur qazanaq. Bildiyiniz kimi, 2022-ci ildə qadın komandamız yalnız son turda məğlub olaraq birinci olmaq şansını əldən verdi. Olimpiadada bəxt faktoru da önəmli amildi. Bu yarış İsveçrə sistemi ilə keçirilir. Hər tur püşkatma olur. Sənə kim düşəcək? Məsələn, Budapeştdə keçirilən yarışda milli komandamızın bəxti gətirmədi, güclü Hindistanla düşdük. Hindistanlılara 1-ci olmaq lazım idi. Biz isə 3-cü olmaq üçün onları udmalı idik. Adətən qarşılaşma minimum 3-4 saat davam edir. 2-ci saatdan sonra əmin idim ki, uduzmayacağıq. Ancaq sonda şahmatçılarımız gərginliyə tab gətirə bilmədilər. Kişi yığmamızın da yarışın ortasında lokal uğursuzluğu oldu. Ancaq sonda toparlana bildilər. 3 ardıcıl qələbə ilə 8-ci yerə yüksəldilər. Litva və İtaliya ilə görüşlərdə uğursuzluq olmasaydı, "beşliy"ə, hətta bir qədər bəxtimiz gətisəydi, ilk "üçlüy"ə düşə bilərdik. Demək istədiyim odu ki, çox ağır turnir idi. Bütün dünya şahmat aləmi bilir ki, Olimpiada ən çətin yarışdı. Yadınızdadısa, qadın millimiz ötən Avropa çempionatının son turunda təsadüf nəticəsində birinci ola bilmədi.

 

- Teymur Rəcəbov Olimpiadaya kapitan kimi yollanmışdı, Şəhriyar Məmmədyarov karyerasının qürub çağını yaşayır. Ciddi nəsildəyişmə müşahidə edirik. Hisdistan, Özbəkistan, Qazaxıstan kimi ölkələr isə yeni nəsillə tüğyan edir. Bəs yığmanın heyətində yeni parlaq simalar görmək üçün təqribən nə qədər gözləməli olacağıq?
- Bu məsələdə hansısa qayda-qanun, məntiq gözlənilmir. Sən öz işini düzgün görməlisən. Gənc istedadlar aşkar olunmalıdı. Perspektivli şahmatçılara dəstək verilməlidi. Biz bu işlə məşğuluq. Qadın yığmamızda bu gün üçün birinci "beşlik" seçilir. Ancaq istərdik ki, bu belə olmasın. Rəqabət olmalıdı. İstərdik ki, digər şahmatçılar – Nərmin Abdinova, Ayan Allahverdiyeva birinci komandaya gəlsin. Düz qeyd edirsiz ki, kişi yığmamızda nəsildəyişmə yaşanır. Bu ağrılı bir prossesdi. Bunu bütün dünya söyləyir ki, Azərbaycan yığmasında nəsildəyişmə gedir. Özü də necə parlaq nəsil!? Qədir Hüseynov artıq oynamır, Teymur Rəcəbov isə oynamaq istəmir. Yaxşı ki, özünü kapitan qismində tapdı. Şəhriyar əvvəlki formada deyil. Rauf Məmmədov Olimpiadada özünü yaxşı tərəfdən göstərdi. O, hələ son sözünü deməyib.Nicat Abbasovda tənəzzül yaşanır. Yaxşı ki, biz Məhəmməd Muradlını cəlb etdik. Aydın Süleymanlı isə yeni nəslin lideridi. Onu birinci lövhəyə qoymaq böyük riskdi, ancaq o, yaxşı turnir keçirdi. Fikrimcə, nəsildəyişmə 5-6 il çəkəcək. 14 yaşlı Xaqan Əhmədə də çox güvənirik. Ümid edirəm digərləri də onların səviyyəsinə çatacaq. Abdulla Qədimbəyliyə böyük ümidlər bəsləsək də, o, özünü daha çox məşqçilikdə görür. Vasif Duraybəyli kimi şahmatçımız var. O, bizim təqaüd proqramında 6-cı pillədədir. Müəyyən fikir ayrılıqlarımızda bizimlə həmfikir olsa, nə xoş bizə. Hər şey öz əlindədi.

 

- Olimpiadadan sonra Gülnar Məmmədovanın açıqlamasını necə qarşıladız? Onunla görüşmüsüz?
- Təbii ki, xoş olmadı. Gülnarla danışdım. Fikrimcə, bütün bunlar hamısı Olimpiadanın gərginliyindən irəli gəlir. Bizim güclü qadın yığmamız var və onlardan gözləntilər böyükdü. Yığma 2022-ci ildə keçirilən Olimpiadaya da bu məşqçi heyəti ilə hazırlaşıb. Ardınca Avropa çempionatı oldu. Həmin turnirdə yalnız son turunda qızıl medal şansını əldən verdik. Qitə çempionatında çempion olacağımıza əmin idim. Təəssüf ki, ikinci olduq. Gülnar Məmmədova gərgin olduğu üçün belə açıqlama verib. Komandanın daxilində belə hallar olur.

 

- Belə çıxır ki, siz yığmanın kapitanı Mixail Şereşevskinin işindən razısız...
- Müzakirə edəcəyik. Şerevski çox güclü məşqçidi. O, şahmat nəzəriyyəsinə böyük töhfə vermiş mütəxəssisdi. Endşpil nəzəriyyəsində ona tay ola biləcək ikinci mütəxəssis yoxdu.

 

- Ancaq Gülnar debütdən danışıb...
- İstəməzdim ki, komandanın daxilindəki söz-söhbət kənara çıxsın. O, danışdığı oyunda debüt səhv seçilmişdi. Məşqçilər belə debüt məsləhət görməmişdilər. Yenə də o fikirdəyəm ki, hər şey yarışın gərginliyindən irəli gəlir.

CEYHUN ƏLİYEV, Şuşa

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:48

Real Madrid kiskapçısı Tibo Kurtua 'El Clasico'da iştirak etməyən sağlamlıq vəziyyəti barədə danışdı

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:43

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Basketbol
Bu gün, 10:38

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Futbol
Bu gün, 09:08

“Çelsi” Estevao Villianın PSJ-yə icarəsi üçün üç şərt təqdim edib

Güləş
Bu gün, 09:04

Azərbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Oxşar xəbərlər