top
Mahir Məmmədov azərbaycanlı şahmat məşqçiləri ilə görüşüb, yığma komandaların hazırlığı müzakirə olunub Report.az
03 avqust 2025, 18:08
- ↺ +

Mahir Məmmədov azərbaycanlı şahmat məşqçiləri ilə görüşüb, yığma komandaların hazırlığı müzakirə olunub

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov paytaxt Bakı və regionlarda, o cümlədən xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb.

Bu barədə "Report"a AŞF-nin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda əsas məqsədin müxtəlif yaş kateqoriyasında yığma komandaların hazırlığıyla məşğul olacaq məşqçi heyətinin təsdiq olunması olub. Görüşdə onlayn formada iştirak edən region məşqçiləri mövcud durumda narahatlıq yaradan problemlərdən danışıb və müxtəlif təkliflər səsləndirib.

Azərbaycan Şahmat Federasiyasının Məşqçilər, Uşaq və Gənclər eləcə də Bəstəçilik Komissiyalarının nümayəndələri dərəcə üzrə turnirlərin təşkilindəki problemlər, regionlarda təcrübəli məşqçilərin azlığı eləcə də metodik vəsaitin çatışmazlığı barədə məlumat verib. Görüşdə xarici məşqçilərin təcrübəsindən yararlanmaq və yığmaya namizəd olan yeniyetmələrin daha yüksək səviyyədə hazırlıq keçməsi ilə bağlı təkliflər dinlənilib. Məşqçilər cari ildə ilk dəfə reallaşdırılan "Azərbaycan Şahmat Turu" layihəsinin uğurlu olduğunu qeyd edib.
İclas zamanı məşqçilərlə seminarların keçirilməsi, xaricdən tanınan mütəxəssislərin təcrübə mübadiləsi üçün Azərbaycana dəvəti, federasiyanın youtube kanalı üzərindən onlayn dərslərin təşkili, şahmatçılar və məşqçiləri əhatə edəcək məlumat bazasının yaradılması, məşqçilərin sertifikatlaşdırılması prosesinin sona çatdırılmasıyla bağlı fikir mübadiləsi aparılıb.

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə birgə normativ bazanın müddəalarına yenidən baxılaraq müasir tələblərə çatdırılmasının vacib olduğu vurğulanıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov məşqçilərlə görüşlərin ənənə halını alacağını bildirib. AŞF prezidenti səsləndirilən problemlərin həlliylə bağlı müvafiq tapşırıqlarını verib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər