top
Fatih Tekke: Silahlı təhdidlərə boyun əyməyərək UEFA Kubokunu qaldırdı Oxu.az
Bu gün, 07:00
- ↺ +

Fatih Tekke: Silahlı təhdidlərə boyun əyməyərək UEFA Kubokunu qaldırdı

Bəzən futbolçunun həyatındakı ən ağır mübarizə rəqib müdafiəçilərə, qapıçılara və ya zədələrə qarşı olmur. Bəzən insan sevdiyi işlə məşğul ola bilmək üçün həyatını təhlükəyə atanların qarşısında dayanmalı olur. Fatih Tekkenin hekayəsi də belə sınaqlarla doludur. Bir tərəfdə uşaqlıqdan qurduğu futbol arzusu, digər tərəfdə isə onu bu yoldan döndərmək istəyənlərin təhdidləri...

Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Trabzonda çətinliklər içində böyüyərək Türkiyə futbolunun tanınmış hücumçularından birinə çevrilən, silahlı şəxslərin hədəfinə tuş gələn, lakin yolundan dönməyərək Avropada böyük uğurlar qazanan Fatih Tekkenin həyat hekayəsindən bəhs edəcəyik.

Yeddi uşaqlı ailədən böyük futbol səhnəsinə

Fatih Tekke 1977-ci il sentyabrın 9-da Türkiyənin Trabzon şəhərində dünyaya gəlib. Uşaqlığı Sürmənə rayonunun Çifteköprü kəndində keçib. Yeddi uşaqlı ailədə böyüyən Fatih üçün həyatının ilk illəri asan olmayıb. Ailəsinin maddi imkanları məhdud olsa da, onun futbola sevgisi hər şeydən üstün olub.

Atası mühəndis işləyib, ailədə isə futbola böyük maraq olub. Böyük qardaşlarının idmanla məşğul olmaları balaca Fatihə də təsir göstərib. O, kiçik yaşlarından futbol oynamağa başlayıb və zaman keçdikcə peşəkar futbolçu olmaq onun həyatının əsas məqsədinə çevrilib.

Doqquz yaşında ailəsi ilə birlikdə Trabzon şəhərinə köçən Tekke futbolçu olmaq arzusunu gerçəkləşdirmək üçün daha ciddi addımlar atmağa başlayıb. Əvvəlcə "Trabzon PTT Spor" klubunda çıxış edib, daha sonra "Trabzonspor"un diqqətini çəkərək klubun akademiyasına qoşulub.

\"İdmandan

17 yaşında "Trabzonspor"un əsas komandasında

Fatih Tekkenin istedadı erkən yaşlarda üzə çıxıb. O, 1994-cü ildə, cəmi 17 yaşında "Trabzonspor"un əsas komandasına yüksəlib. Həmin vaxt klubda Hami Mandıralı, Şota Arveladze və Arçil Arveladze kimi tanınmış futbolçular çıxış edirdilər.

Maraqlıdır ki, Tekke futbolçu karyerasına hücumçu kimi başlamayıb. İlk vaxtlarda yarımmüdafiəçi mövqeyində çıxış edib. Onun hücum xəttinə keçməsində "Trabzonspor"un mərhum məşqçisi Özkan Sümerin mühüm rolu olub. Məşqçi gənc futbolçunun hücumçu kimi daha böyük potensiala malik olduğunu görərək onun mövqeyini dəyişib.

Ancaq əsas komandada möhkəmlənmək asan olmayıb. Tekke icarə əsasında "Altay"da çıxış edib, daha sonra yenidən "Trabzonspor"a qayıdıb. "Qaziantepspor"da keçirdiyi dövr isə onun karyerasında mühüm mərhələyə çevrilib.

\"İdmandan

"Dəstəmaz alım, başımdan vurun, amma sizə pul verməyəcəyəm"

Fatih Tekkenin həyatındakı ən qorxulu hadisələrdən biri futbol meydanından kənarda yaşanıb.

2005-ci ildə "Trabzonspor"da çıxış etdiyi dövrdə onun və komanda yoldaşı Gökdəniz Karadənizin adları mərc qalmaqalı ilə bağlı xəbərlərdə hallanıb. Həmin dövrdə futbolçulardan pul tələb edildiyi, onların təhdid olunduqları barədə məlumatlar yayılıb.

\"İdmandan

Mətbuatda yer alan məlumatlara görə, silahlı şəxslər Tekkeni saxlayaraq Maçkaya aparıb və ondan 500 min dollar tələb ediblər. Pul verməyəcəyi təqdirdə ayaqlarına atəş açacaqlarını və bununla da futbolçu karyerasına son qoyacaqlarını bildiriblər.

Ancaq Tekke üzləşdiyi təhlükəyə baxmayaraq, geri çəkilməyib. Hadisə ilə bağlı yayılan məlumatlarda onun silahlı şəxslərə belə cavab verdiyi qeyd olunur:

"Dəstəmaz alım, başımdan vurun, amma sizə pul verməyəcəyəm".

İddialara görə, bundan sonra onun ayaqlarının yaxınlığına atəş açılıb. Lakin təhdidlər bununla da bitməyib.

2006-cı il yanvarın 30-da Fatih Tekkenin və həyat yoldaşının avtomobilləri, eləcə də Gökdəniz Karadənizin avtomobili gülləbaran edilib. Futbolçulara qarşı törədilən bu hücumlar həmin dövrdə Türkiyə mətbuatında geniş müzakirələrə səbəb olub.

Beləliklə, yaşıl meydanlarda rəqibləri ilə mübarizə aparan Tekke artıq öz həyatını və ailəsinin təhlükəsizliyini də düşünmək məcburiyyətində qalıb.

\"İdmandan

Trabzondan ayrılıq və Rusiyada yeni həyat

Bu hadisələrdən bir neçə ay sonra, 2006-cı ilin yayında Fatih Tekke Rusiyanın "Zenit" klubuna transfer olunub. "Trabzonspor"la vidalaşan hücumçu karyerasını xaricdə davam etdirməyə başlayıb.

Ancaq Rusiyaya köçmək də onun üçün asan olmayıb. Rus dilini bilməməsi, fərqli mədəniyyətə uyğunlaşmaq zərurəti və ailəsindən uzaqda yaşaması ilk vaxtlarda ciddi çətinliklər yaratdı. Sonralar verdiyi müsahibələrdə Rusiyadakı ilk günlərin ağır keçdiyini, ünsiyyət qurmaqda çətinlik çəkdiyini bildirib.

\"İdmandan

Bununla belə, Tekke yeni mühitə uyğunlaşmağı bacarıb. O, "Zenit"in heyətində 2007-ci ildə Rusiya çempionluğunu qazanıb. 2008-ci ildə isə komanda ilə birlikdə UEFA Kubokunun qalibi olub. Həmin ilin avqustunda UEFA Superkubokunu da başı üzərinə qaldırıb.

Trabzonda başlayan futbol yolu onu Avropanın ən nüfuzlu klub turnirlərindən birinin qalibinə çevirib.

\"\"

Futbolçu karyerasından məşqçiliyə

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

ABŞ Konqresi FİFA prezidentini və Arsene Vengeri Trampla əlaqələri ətrafında araşdırmaq üçün çağırış vərəqəsi göndərməyə hazırlaşır

Futbol
Bu gün, 09:19

UEFA reytinqi: Azərbaycan 24‑cü pillədə qoruyub, İsrail keçə bilmədi

Futbol
Bu gün, 09:10

Neftçi

Futbol
Bu gün, 09:08

Qari Nevill: 'Holand 18 ay ərzində 'Real Madrid'in futbolçusu olacaq'

Futbol
Bu gün, 09:00

İmişli Şəfa qarşısında, Neftçi Zirəyə meydan oxuyur

Futbol
Bu gün, 09:00

Bakıda Barselona qarşısında azarkeş sevgilisinə evlilik təklifi etdi

Futbol
Bu gün, 09:00

Neftçi “Zirə”ni qonaq olaraq qəbul edir

Futbol
Bu gün, 08:52

Puxaç: “Barselona qarşısında daha böyük hesabla məğlub ola bilərdik”

Futbol
Bu gün, 08:40

Lionel Messi sabiq komanda yoldaşının məzarı üçün Argentinaya yollanacaq

Futbol
Bu gün, 08:35

Mezzotero İtaliya milliyə dəvəti ala bilər

Futbol
Bu gün, 08:20

18 yaşlı İspaniyalı müdafiəçi Bakıda debut etdi

Futbol
Bu gün, 08:20

İmişli “Şəfa”ya qarşı 13-cü turda mübarizə

Futbol
Bu gün, 08:17

Barselona müdafiəçisi Baldenin Bakı zədəsi: növbəti matçı da buraxacaq

Futbol
Bu gün, 08:12

Arsen Venger ABŞ araşdırmasında ifadə verməyə çağırılacaq

Futbol
Bu gün, 08:00

Empoli yeni baş məşqçi Lorenzo Tonelli ilə anlaşdı

Futbol
Bu gün, 07:40

Sabah hücumçusu Coy‑Lens Mikels: “Barselona’ya 2‑3 qol vura bilərdik”

Digər
Bu gün, 07:30

Barselona matçı zamanı Bakıda ölüb: Rusiyalı azarkeş 11 yaşlı oğlu ilə gəlmiş

Futbol
Bu gün, 07:16

Atletiko Lukmanı 40 milyon avroya satmağa hazırdır

Futbol
Bu gün, 06:13

Messi Karlos Tevezin vida matçına qatılacaq

Futbol
Bu gün, 05:31

Sneyder, Serxio Ramosun 2010 Dünya çempionu olduğu formanı 65.126 avrodan satdı

Futbol
Bu gün, 05:14

İspaniya Futbol Federasiyası 2027 üçün 433 milyon avroluq rekord büdcə təklif edir

Futbol
Bu gün, 04:03

Braziliyada iki futbolçu narkotik ticarəti və şahidlərə təzyiqdə şübhəli olub həbs edilib

Tennis
Bu gün, 04:00

Ben Şelton və Triniti Rodman ayrılıblar

Oxşar xəbərlər