top
Fərid Qayıbov: “İnanıram ki, yaxşı nəticələr davam edəcək” Sport24.az
16 dekabr 2024, 18:15
- ↺ +

Fərid Qayıbov: “İnanıram ki, yaxşı nəticələr davam edəcək”

Azərbaycan Şahmat Federasiyası ilin yekunları ilə bağlı tədbir keçirib. Sport24.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov ölkəmizdə şahmat yarışlarının yüksək səviyyədə təşkil edildiyini bildirib:

 

"Azərbaycanda FİDE-nin 100 illiyi ilə bağlı beynəlxalq yarış keçirildi. Vüqar Həşimovun xatirə turniri ilk dəfə Şuşada təşkil olundu. Əsas beynəlxalq yarışımız isə Olimpiada oldu. Bu yarışda kişilərdən ibarət millimiz gənclərdən ibarət idi. Olimpiada göstərdi ki, düzgün qərar vermişik. Qadın şahmatçılarımızın şansı olsa da, təəssüf ki, alınmadı".

 

Çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 2024-cü ilin ölkə şahmatı üçün maraqlı keçdiyini vurğulayıb. O, Azərbaycan çempionatlarında bütün şahmatçıların çıxışının məcburi olacağını deyib. Məmmədovun sözlərinə görə, növbəti seçimədək Azərbaycan millisinin üzvlərinə tutduqları reytinqə uyğun olaraq təqaüd ayrılacaq. AŞF rəhbəri eyni zamanda 2024-cü ildə yeniyetmə şahmatçıların çıxışından razı qalmadığını söyləyib.

 

Gənclər və idman naziri Fərid Qayıbov da ilin Azərbaycan şahmatı üçün uğurlu alındığını bildirib. O, Ülviyyə Fətəliyevanın şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı olmasını 2024-cü ilin ən yaddaqalan və unudulmaz hadisələrindən biri kimi dəyərləndirib:

 

"Ülviyyə Fətəliyevanın Avropa çempionluğu bu il tarixə ilk kimi düşdü. Bu, illərlə görülən işlərin nəticəsidir. Şahmat ailəsi hər zaman bərabərdir. Federasiya hərtərəfli və düzgün çalışır. Ənənəvi yarışlarımız keçirilir, beynəlxalq turnirlərə ev sahibliyi edirik. Hər dəfə müxtəlif yaş qruplarında nəticə olur. Bu da bütün bölgələrdə bu idman növünə göstərilən qayğı, dövlətin dəstəyinin nəticəsidir. İnanıram ki, yaxşı nəticələr davam edəcək. Biz nazirlik olaraq federasiyanın işindən razıyıq".

 

Daha sonra Azərbaycan şahmatçılarının il ərzində iştirak etdiyi beynəlxalq yarışlarda əldə etdiyi uğurlarla bağlı videoçarx nümayiş olunub.

 

Sonda Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlı qızlar arasında dünya çempionatında bürünc medal qazanan Ayan Allahverdiyeva və V Avropa Universitet Oyunlarında rapid turnirində birinci, blitsdə isə ikinci yeri tutan Vüqar Manafovla Elmar Atakişiyevə təşəkkürnamə və pul mükafatı təqdim olunub.

 

Qeyd edək ki, Ayan hazırda ölkədə olmadığına görə mükafat anası Gülşən Allahverdiyevaya verilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Zenit'in 26 yaşlı mərkəz müdafiəçısı Nuralı Alip Galatasaray'a keçə bilər

Futbol
Bu gün, 08:12

Real Madrid futbolçusunun Valverde'nin sağlamlığına dair narahatlığa son

Futbol
Bu gün, 08:00

Paris Klubu 20 yaşlı əlcəzairli futbolçuya ciddi maraq göstərir

Futbol
Bu gün, 07:13

Karvaxal: Real Madriddə bəzən münaqişələr əlbəyaxa döyüşə qədər yüksəlirdi

Futbol
Bu gün, 06:23

Real Madrid, Mbappe qalmaqalını həll etmək üçün La Liqanın köməyi təklifini rədd etdi

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Oxşar xəbərlər