top
Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürür Sport24.az
26 dekabr 2025, 10:20
- ↺ +

Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürür

Qətərin paytaxtı Dohada şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürür. Beynəlxalq idman tədbirində rekord sayda şahmatçı iştirak edəcək. Sport24.az xəbər verir ki, bu barədə Qətər Şahmat Federasiyasının prezidenti Məhəmməd əl-Modahka brifinqdə açıqlama verib. 

 

Ddünya çempionatında 400 kişi və qadın şahmatçı yarışacaq. Onların arasında Nyu-Yorkda blits üzrə dünya çempionatının qalibi Maqnus Karlsen, rapid üzrə dünya çempionu və 2024-cü il İddiaçılar Turnirinin qalibi Dommaracu Qukeş, 2024-cü il blits üzrə dünya çempionu Yan Nepomnyaşşiy, Fabiano Karuana, Nadirbek Abdusattarov, Yağız Kaan Ərdoğmuş, Ediz Gürel, Vasili İvançuk, qadın şahmatçılardan sabiq dünya çempionu, hazırda 2507 xalla reytinqdə ikinci olan Tan Çjunyi, 5-ci yerin sahibi Bibisara Usubayeva və başqa tanınmış şahmatçılar vardır.

 

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytının məlumatına görə, Azərbaycan mundialda 14 şahmatçı ilə təmsil olunacaq.

 

Kişilər arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları qüvvələrini sınayacaqlar.

 

Qeyd edək ki, dekabrın 30-da yekunlaşacaq turnirin ümumi mükafat fondu 1 milyon avrodan çoxdur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:40

Sabah hücumçusu Coy‑Lens Mikels: “Barselona’ya 2‑3 qol vura bilərdik”

Digər
Bu gün, 07:30

Barselona matçı zamanı Bakıda ölüb: Rusiyalı azarkeş 11 yaşlı oğlu ilə gəlmiş

Futbol
Bu gün, 07:16

Atletiko Lukmanı 40 milyon avroya satmağa hazırdır

Futbol
Bu gün, 06:13

Messi Karlos Tevezin vida matçına qatılacaq

Futbol
Bu gün, 05:14

İspaniya Futbol Federasiyası 2027 üçün 433 milyon avroluq rekord büdcə təklif edir

Futbol
Bu gün, 04:03

Braziliyada iki futbolçu narkotik ticarəti və şahidlərə təzyiqdə şübhəli olub həbs edilib

Tennis
Bu gün, 04:00

Ben Şelton və Triniti Rodman ayrılıblar

Futbol
Bu gün, 03:12

Mesut Ozil Gürcüstan polisinin müdaxiləsini pislədi, Beşiktaş azarkeşlərinə dəstək oldu

Futbol
Bu gün, 02:20

UEFA Avropa Liqasında Marsel və Levski matcından əvvəl azarkezlər arasında kütləvi qarşıdurma – VİDEO

Futbol
Bu gün, 02:17

"Portu" qapıçısı Dioqu Koştanın sərbəstqalma məbləğini 45-50 milyon avroya endirməyə hazırdır

Futbol
Bu gün, 02:14

Trabzonspor Bolqarıstanda möhtəşəm geridönüşə imza atdı;

Qarabağ FK
Bu gün, 02:10

Beşiktaş və Juventus qələbə qazandı – Avroliqada nəticələr

Futbol
Bu gün, 02:00

Benfikanın 4:0 məğlubiyyəti, Duran Seltikə 2:1 qələbə qazandırdı

Futbol
Bu gün, 01:43

Ronaldunun 'Əl-Sədd' qarşılaşmasından əvvəl komanda yoldaşlarına müraciəti açıqlandı

Futbol
Bu gün, 01:40

Kristian Şevçenko 'Şolinq'də cəmi 8 həftə qalıb və 'Beyzinqstok Taun'a keçib

Futbol
Bu gün, 01:35

Pafos 0:2 hesabı ilə Danimarka “Midtüllann” klubuna məğlub oldu

Futbol
Bu gün, 01:30

Ronaldo kimi futbolçunun Portuqaliyada bir daha yetişməyəcəyini düşünmürəm

Futbol
Bu gün, 01:09

Amorim: Hər üç gündə qələbə məcburiyyəti təzyiqlə yaşayır

Futbol
Bu gün, 00:50

Barselona Qvardiolun transferində Rodrindən dəstək gözləyir

Futbol
Bu gün, 00:26

Beşiktaş Batumda Hapoel Beer-Şeva'yı 2:1 ilə məğlub etdi

Futbol
Bu gün, 00:20

Səudiyyə şirkəti

Futbol
Bu gün, 00:19

Beşiktaş Avropa Liqasında İsrail klubu Hapoel Beer-Şeva'ni 2:1 məğlub etdi

Futbol
Bu gün, 00:10

Qavi: Ulduz deyil, komandamızın bir parçasıyam

Futbol
Bu gün, 00:01

Barella sevimli futbolçusunu Cud Bellinqəm kimi elan etdi

Oxşar xəbərlər